18:12 28.10.2022 625

"Ədalətli nəticə elə 0:1 hesabı ilə uduzmağımızdır" - Samir Abasov

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Milsi Premyer Liqasının 12-ci turunun oyunundan - səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra ənənəvi mətbuat konfransına qatılıb.

Fanat.Az xəbər verir ki, 44 yaşlı çalışdırıcı görüşü belə dəyərləndirib:

“Danışmağa söz tapmıram. Oyun yoxdusa, nə danışasan? Birinci Divizion səviyyəsində matç keçdi. Temp yox idi, futbolçuların meydanda verdiyi qərarlar sıfırın altında... Dediklərimi öz komandama aid edirəm. Futbolçulara paltardəyişmə otağında demişdim ki, bu oyunun taleyini diqqətsizlik həll edə bilər. Yeganə qolu ya biz vuracaqdıq, ya da rəqib. Vəziyyətimiz kritikdir. Özümə deyirəm ki, səbirli olmalıyıq. İndiki halda əlimizdən nəsə gəlmir. Bir variant düşdü, Riçard Qadzeni heyətə cəlb etdik. Görün hansı haldayıq ki, udmalı olduğumuz oyunu futbolçu formaya düşsün deyə qurban veririk”.

- Siz özünüz mübariz insansınız, məğlubiyyəti qəbul eləmirsiniz. Bu vəziyyətə necə dözürsünüz, əsəblərinizi necə soyudursunuz?

- Hazırda sakitəm. Çünki gələndə vəziyyətin necə olduğunu bilirdim. İlk müsahibəmdə də demişdim ki, komandanın içinə düşəndən sonra vəziyyətin necə olacağını biləcəm. Klub rəhbərliyi ilə gəlişimi müzakirə edəndə özüm üçün siyahı tərtib etmişdim. Orada gələcək planlar yer almışdı. Qış fasiləsinə qədər qazanacağımız futbolçular, komandanın oyun planı, görəcəyimiz işlər və sair. Səbr etməməklə, qışqırmaqla nə düzələcək ki? Dözmək lazımdır.

- Bir misal var, “ürəkdən tikan çıxır”. “Neftçi”nin son oyunlarına baxanda ürəyinizdən tikan çıxır?

- Baxıram də (gülür).

- Bugünkü matçda futbol olmasa da, zədələr çox idi. Bunu nə ilə əlaqələndirmək olar?

- Turenin zədə aldığı epizodda futbolçunun səhvi var idi. Orda ötürmə vermək əvəzinə var gücü ilə zərbə endirir və öz dizi zədələnir. Ayağın topa qoyuluşu düz deyildi. Todor isə oyundan əvvəl özünü narahat hiss edirdi. Amma həkimlərin məsləhətindən sonra onu meydana buraxdıq. Çox istəkli idi. Özü də demişdi ki, nə qədər dözəcəmsə, o qədər də oynayacağam.

- Tovuz stadionunda futbolçu kimi çox oynasanız da, məşqçi kimi ilk dəfə bu məkana gəlmişdiniz. Ab-hava necə idi?

- Ab-hava əla idi. Amma bu ah-havaya da uyğun futbol göstərməlisən. Təbii, rəqibin azarkeşləri stadionu sevinərək tərk etdilər. Ancaq oyuna baxırsan, 2-3 ötürmədən sonra qırılma olur. Kənardan düşünürsən ki, bu nə futboldur? İnanın ki, özümüz də bu gün qalib gəlsəydik, yenə də eyni sözləri deyəcəkdim.

- Sizcə, oyunun ədalətli nəticəsi necə olmalı idi?

- Elə 0:1 hesabı ilə uduzmağımız.

- Qazon süni olsa da, komandanız Sumqayıtda həftə ərzində bu oyuna təbii meydançada hazırlaşırdı...

- Süni meydançada məşq etsəydik, fəsadları daha pis ola bilərdi. Futbolçu kimi süni meydançada məşq etməyin acısını çox yaşamışam.

- Qış fasiləsini gözlədiyiniz dediniz. Məlum məsələdir ki, legionerlərin əksəriyyətinin səviyyəsi yüksək deyil. Onların klubla müqaviləsi var. Rəhbərlik yeni legionerlərin alınması üçün büdcə ayırmasa, necə olacaq?

- Rəhbərliklə fikrimiz eynidi. İşlərimizi də ona uyğun qururuq. Hansısa futbolçunu göndərməliyiksə, buna görə çıxış yolu tapmalıyıq. Təbii ki, ayrılan büdcədən kənara da çıxa bilmərik. Çalışırıq ki, az olsun, amma səviyyəli futbolçular olsun.

- Qışa qədər vəziyyətdən çıxmaq üçün hansı addımları atacaqsınız?

- Bəzi futbolçularımızla söhbətim olacaq. Çünki 1-2 nəfərin yanaşması xoşuma gəlmir. Gözləməyə, səbr etməyə ehtiyac yoxdur. Lakin bu, oyunumuza təsir etməyəcək. İndiki məqamda işimiz komandanı növbəti oyuna hazırlaşamaqdı.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X