11:11 31.10.2022 576

“Sabah”dan əzələ nümayişi, “Qarabağ” rəqib tanımır - Tura baxış

Misli Premyer Liqasının 12-ci turu güzəştsiz mübarizəylə yadda qaldı. 

Heç də təsadüfi deyil ki, bu turun heç bir qarşılaşmasında bərabərlik qeydə alınmadı. Tovuzdakı görüşü çıxmaq şərti ilə, qalan dörd görüşün hamısı məhsuldarlıqla keçdi. “Turan Tovuz”la “Kəpəz”in qələbəyə sevinməsi isə qərb klublarının azarkeşlərini xeyli sevindirdi.

“Turan Tovuz” – “Sumqayıt” 1:0
Qol:
Şəhriyar Əliyev, 88.

"Turan Tovuz": 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 4. Şəhriyar Əliyev (k), 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 23. Okebuqvu Henri
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 15. Vüqar Bəybalayev, 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 9. Almir Aqanspahiç, 12. Todor Todoroski, 37. Alya Ture
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 7. Araz Abdullayev, 17. Murad Xaçayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 43. Riçard Qadze, 23. Rifat Nurmuqamet, 22. Damian Daniçiç
Baş məşqçi: Samir Abasov

Ayxan Abbasov üçün “Sumqayıt”la oyunlar prinsipial xarakterlidi. Riad Rəfiyevin onu komandadan göndərməsi çoxları tərəfindən ədalətsizlik kimi qiymətləndirilidi. Zaman da bu addımın səhv olduğunu göstərir. Abbasov ortabab heyətlə “Turan Tovuz”da uğur qazanmaqdadı. “Sumqayıt” isə heyətindəki 9 əcnəbi futbolçuyla “qara zolaq”dan çıxa bilmir. “Neftçi”ni çempion etməklə nüfuzunu artıran Samir Abasov da “Sumqayıt”ın dərdinə əlac tapmaqda acizdi.

Tovuzda keçirilən qarşılaşmadakı yeganə qolu Şəhriyar Əliyev 88-ci dəqiqədə vurdu. Cərimə zərbəsindən havalandırılan topu müdafiəçi qarışıqlıqdan istifadə edərək qapıdan keçirdi. Bu komandaların Sumqayıtdakı qarşılaşmasında hesab açılmamışdı. Bu mənada demək olar ki, Ayxan Abbasov köhnə komandasından qisasını artıqlamasıyla ala bilib. 3 xal qazanan “Turan Tovuz” xal ehtiyatını 15-ə çatdırsa da, turnir cədvəlində irəliləmək mümkün olmadı. Qərblilər əvvəlki kimi 6-cı sıradadır. Tovuzdan xalsız qayıdan “Sumqayıt” isə 4 xalla sonuncudur.

"Kəpəz" – "Səbail" 3:0
Qollar:
Abdullahi Şuaybu, 36, 66; Fərid Nəbiyev, 84.
Qırmızı vərəqə: Nihad Qurbanlı, 41.

"Kəpəz": 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 32. Elvin Yunuszadə, 80. Tural Rzayev, 37. Ruslan Süleymanov, 44. Nihat Fərəci, 5. Peyman Keşavarzi, 24. Mixeil Erqemlidze
Baş məşqçi: Tərlan Əhmədov

"Səbail": 1. Emil Balayev (k), 9. Mirabdulla Abbasov, 6. Cabir Əmirli, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 72. Emin Zamanov, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 21. Kizito Luvaqa, 20. Fakundo Kardozo
Baş məşqçi: Mahmud Qurbanov

“Kəpəz” də bu tur qonşusundan geri qalmadı. Mahmud Qurbanov ona doğma olan Gəncə şəhər stadionundan əliboş qayıtdı. Özü də onun komandası “Kəpəz”dən üç cavabsız top buraxdı. Qarşılaşmadan sonra çalışdırıcı oyunun qırılma nöqtəsi kimi gənc futbolçuların həlledici səhvlərini göstərdi. İnsafən, ona bu məsələdə haqq qazandırmaq olar. Özü də Nihad Qurbanlının meydandan qovulmasıyla “Səbail” uzun müddət meydanda azlıqda mübarizə apardı. 

Abdullahi Şuaybunun dublundan sonra oyunda son nöqtəni Fərid Nəbiyev qoydu. Qeyd edək ki, gənc futbolçu ötən tur da “Qəbələ”nin qapısına həlledici qolu vurmuşdu. Xalını 8-ə çatdıran “Kəpəz” turnir cədvəlinin autsayderlərindən bir qədər aralanmağı bacardı. Gəncənin qüruru indi 8-ci pillədə möhkəmlənib. “Kəpəz”i 7-ci sıradakı “Səbail”dən cəmi iki xal ayırır.

"Zirə" – "Neftçi" 0:3
Qollar:
 Yeqor Boqomolski, 6, Qodsvey Donyo, 76, Emin Mahmudov, 87. 

"Zirə": 41. Anar Nəzirov, 19. Təmkin Xəlilzadə, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç, 7. Filipe Paxtman
Ehtiyat oyunçular: 1. Mehti Cənnətov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 47. Mohamed Hamdaui
Baş məşqçi: Rəşad Sadıqov

"Neftçi": 30. Aqil Məmmədov, 8. Emin Mahmudov (k), 7. Azər Əliyev, 26. Ömər Buludov, 4. Solomon Kverkveliya, 3. Mamadu Mbodj, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 1. İvan Brkiç, 19. Azər Salahlı, 20. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov, 51. David Orucov, 78. Elcan Əbilov, 18. Vato Arveladze, 16. Gilyerme Pato
Baş məşqçi: Laurentsiu Regekampf

Heyətində yetərincə ciddi itkilər olan “Neftçi” üçün “Zirə” ilə oyundakı qələbə göydəndüşmə oldu. Heç şübhə etmirəm ki, “ağ-qaralar” görüşdən əvvəl heç-heçəyə də razı olardılar. Əvəzində onlar 3 cavabsız qolla əla qələbə qazandılar. Düzdür, bunda “Zirə”nin qapıçısı Anar Nəzirovun da rolu oldu. Qapıçı görüşün əvvəlində kobud səhvlə Boqomolskinin hesabı açmasına şərait yaratdı. Psixoloji üstünlük qazanan “Neftçi” sona 15 dəqiqə qalmış daha iki qol vuraraq 3:0 hesablı qələbəyə sevindi.

Görünən odu ki, “Zirə” ciddi rəqiblərlə prinsipial oyunlara tam hazırlaşa bilmir. Ortabab və zəif komandalarla yaxşı oynayan qəsəbə təmsilçisi güclü rəqiblərə çox asanlıqla təslim olur. Halbuki, komandanın potensialı daha artığına imkan verir. Bu qələbə sayəsində “Neftçi” “Zirə”dən 6 xal uzaqlaşmağı bacardı. 3-cü pillədəki “Neftçi”nin 25, 4-cü sıradakı “Zirə”nin isə 19 xalı var.

“Şamaxı” – “Qarabağ” 0:4
Qollar:
Musa Qurbanlı, 51, 90+3, Elvin Cəfərquliyev, 56, Cəlal Hüseynov, 90+5-öz qapısına

“Şamaxı”: 12. Əkpər Vəliyev, 55. Adil Nağıyev (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 99. Sahib Həsənov, 10. Elvin Məmmədov, 88. Bəhruz Teymurov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 14. Uğur Cahangirov 33. Abdulla Rzayev, 30. Mirəli Əhmədov
Baş məşqçi: Vüqar Əsgərli

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev (k), 19. Filip Ozobiç, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 77. Ramil Şeydayev, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev, 22. Musa Qurbanlı, 8. Marko Yankoviç, 6. Julio Romao
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 20. Kadi Borqes, 11. Kvabena Ovusu
Baş məşqçi: Qurban Qurbanov

“Qarabağ” Şamaxı səfərində cəmi 45 dəqiqə əziyyət çəkdi. Süni örtükdə oynamağa çətinlik çəkən “köhlən atlar” Ozobiçi də itirdi. “Şamaxı” fasiləyə qolsuz bərabərliklə yollanmağı ilə təskinlik tapsa da, hesabın açılacağının an məsələsi olduğu məlum idi. İlk qolu Musa Qurbanlı 51-ci dəqiqədə vurdu. Ondan 5 dəqiqə sonra Cəfərquliyev fərqləndi. Son dəqiqələrdə Musa daha bir dəfə fərqləndi. Sonuncu qolu isə Cəlal Hüseynov onu zərbəsini uzaqlaşdırmaq istəyərkən öz qapısına vurdu.
“Qarabağ” keçirdiyi 11 oyunda maksimum xal toplayıb və rəqibləri üçün əlçatmazdır. 4 xallı “Şamaxı” isə yalnız topların daha yaxşı fərqinə görə son pillədəki “Sumqayıt”ı qabaqlayır.

“Sabah” – “Qəbələ” 2:1 
Qollar:
Aleksey Kaşuk, 64. Davit Volkov, 90+3 - İsnik Alimi, 5

“Sabah”: 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 6. Abdulax Xaybulayev, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 15. Kristian da Silva, 11. Kristian Sebalyos, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev

“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 7. Rövlan Muradov, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 34. Urfan Abbasov, 14. Ülvi İsgəndərov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 88. Gülağa Əsədov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 91. Ramon Maçado, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Turun son oyununda “Sabah” əzmkar qələbə qazandı. “Qəbələ” görüşün startındaca penaltidən hesabı açdı və sonra səliqə ilə müdafiə olunmağa başladı. Düşünmək olardı ki, qonaqlar sona qədər oyun intizamını qoruyacaq və Masazırdan azı bir xalla geri dönəcəklər. Amma səviyyə fərqi ikinci hissədə özünü göstərdi. “Sabah” yüksək əzmkarlıq göstərərək hesabı öz xeyrinə dəyişməyi bacardı. Əvvəlcə İsayevin mükəmməl ötürməsini Kaşuk qapıya göndərdi. Əvəzetmədən meydana daxil olan Davit Volkov əsas vaxta əlavə edilmiş 3-cü dəqiqədə yekun hesabı müəyyənləşdirdi.
2:1 hesablı qələbəyə sevinən “Sabah” “Qarabağ”ın təqibini 31 xalla davam etdirir. 17 xalla 5-ci sırada olan “Qəbələ” isə qələbənin dadını çoxdan unudub.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

Facebookdan bizi izləməyi unutmayın.
X