17:43 03.11.2022 1086

Mahir Emreli niyə Xviça Kvaratsxeliya ola bilmir? - 5 səbəb 

Azərbaycan millisinin hücumçusu Mahir Emreli axır ki, Zaqreb "Dinamo"sunun forması ilə UEFA Çempionlar Liqasının qrup oyununda meydana çıxdı.

"Çelsi"yə qarşı səfər matçının 70-ci dəqiqəsində oyuna qoşulan Mahir həmin anadək tabloda əks olunan 1:2 hesabının dəyişməsinə nail olmasa da, karyerası ərzində ikinci dəfə qitənin ən nüfuzlu turnirinin qrupunda forma geyindi. Əlbəttə, "Qarabağ"ı Varşava "Legiya"sına dəyişəndən sonra parlaq çıxışı ilə  futbol icimaiyyətini ümidləndirən futbolçunun "Dinamo"da kölgəyə çəkilməsi inkişaf perspektivi baxımından üzücü haldır. Artıq 25 yaşı olan azərbaycanlı üçün erkən gənclik dönəminin çoxdan geridə qaldığını da nəzərə alsaq, mövcud durum Avropaya səs salmasının xəyallarını qurduğumuz Mahir adına yetərincə mürəkkəbdir.

Bəs görəsən, Emreli niyə hazırda "Napoli"nin uğurları üçün çalışan Xviça Kvaratsxeliya ola bilmir? Doğrudanmı ilk addımlarını tarixin yaddaşına qovuşmuş "Bakı"da atan, "Qarabağ"da bəlli inkişaf səviyyəsinə qovuşan, "Legiya"da parlaq oyun sərgiləyən oyunçu bundan artığını bacara bilməz? 

Bəlkə də Emrelinin Xviça ilə müqayisə edilməsi bir qədər romantik yanaşmadır. Ancaq olanımız budursa, başqa çıxış yolumuz da yoxdur. Bu yazıda Mahirin niyə yerində saydığının səbəblərindən danışacağıq. Başqa sözlə, niyə hər şeyin indiki həddə çatdığını, azərbaycanlı forvardın oynamaq, "artırmaq" əvəzinə daha çox ehtiyatda "yatdığını" müəyyənləşdirmək üçün müəyyən məqamlar üzərində dayanacağıq.  

1. Zaqreb təmsilçisinə keçidin düzgün addım olmadığını hələ həmyerlimiz bu klubla müqavilə bağlayan zaman iddia edənlər az deyildi. Hərçənd hücumçunun ovaxtki baş məşqçi Jelko Kopiçlə münasibətləri daha yaxşı idi. Yəqin ki, onun yerini Ante Çaçiç tutmasaydı, Mahir üçün inkişaf imkanları genişlənər, indikindən azı iki dəfə çox oynayardı. Bəli, məhz Çaçiçin sabiq "Qarabağ"lıya güvənməməsi əsas detallardan biri qismində qabardılmalıdır. Xorvatiya Avropanın "futbolçu zavodu" adlandırılır. "Yaxşı material istehsalçısı" kimi tanınan klubda onu komandaya şəxsən götürməyən yerli mütəxəssislə  çalışması sıradan reallıq deyil.

2. Zədələr qaçılmazdır. Araşdırma aparsaq, görərik ki, hətta dünya ulduzu olacaq qədər istedada malik onlarla futbolçu heç kimin sığortalanmadığı zədə problemlərinə görə hədəflərindən uzaq düşüb. "Dinamo"nun azərbaycanlısına xəsarətlərin necə təsir etdiyi mütləq nəzərə alınmalıdır. Hələ "Legiya"da olan zaman azarkeşlərin avtobusa hücumu nəticəsində başından zərbə alan ( xuliqan fanatlar bir neçə oyunçu ilə yanaşı, Mahiri də vurmuşdu - red.) ön xətt oyunçusu Xorvatiya komandasında bir neçə dəfə zədələnib. Onun gah belindəki, gah çiynindəki, gah da əzələlərindəki problemlər üzündən çətin anlar yaşadığı, əlavə maneə ilə üzləşdiyi dəqiqdir. Xorvatiya mətbuatı nələrisə "şişirdə", tutaq ki, əzələ dartılmasını əzələ yırtığı kimi təqdim edə bilər. Ancaq bu, Mahirlə bağlı zədə faktlarını dəyişmir. Tez-tez xəsarət alan futbolçu bütün hallarda, geriləməyə məhkumdur.

3. Hər oyunçunun şəxsi həyatı var. Bəziləri meydandankənar yaşamı ilə tez-tez gündəmə gəlirsə, digərləri barədə belə xəbərlərlə qarşılaşmırıq. Emrelinin hələ Polşa komandasında çıxış etdiyi dönəmdə içki məclisindəki fotoları, avtobusa gecikməsi, mətbuatda haqqında dolaşan xəbərlərə incik reaksiyaları unudulmamalıdır. Azərbaycan kimi futbolu ilə öyünməyə haqqı çatmayan ölkəni təmsil edən birinin meydandankənar həyatı gözə dəyməməlidir. Hətta Mahirə ünvanlanan ittihamların 80 faizi böhtan olsa belə, od olmayan yerdən tüstü çıxmaz. Deməli, nələrsə olub və onun daha yaxşı hazırlaşmasını, rejimə əməl etməsini əngəlləyib. Unutmayaq ki, rejim pozulanda zədə riski artır. Bura mahirin özünə yaxın mənbələrin, məsələn, anası Elnurə xanımın oğlu ilə bağlı mətbuatla tez-tez ünsiyyət qurmasını, yaxınlarının mediaya informasiyalar sızdırmasını da əlavə edək... 

4. Əsl futbolsevər, yerli oyunçuların tanınmış Avropa komandasına top qovmasına böyük ümidlə baxan azarkeş futbolçu üçün ciddi motivasiya mənbəyidir. Sosial şəbəkələri, dövri mətbuatı izləyənlər də bilir ki, həm futbol ictimaiyyətinin digər nümayəndələri, həm də  azarkeşlər Emrelinin hər uğurunu coşqu və sevinclə qarşılayıb. Təbii, nəinki yaxşı futbolçu, heç futbolçu olmayan yaxşı insan da hamının xoşuna gələ bilməz. Son müsahibələrinin birində "açığı, Azərbaycanda azarkeşlərin mənə görə narahatlıq keçirdiyini düşünmürəm. Narahat olanlar varsa, onlara təşəkkürümü bildirirəm" deyən Mahirin bu fikrindən incikliklə yanaşı, siyasətsizlik də boylanır. Azarkeşi heç bir halda, hədəfə almaq olmaz. Niyəsini incələmək belə, yersizdir. Ölkənin arxanda durmasında, sənin üçün dualar etməsinə hər şeydən öncə özün maraqlı olmalı və vəziyyəti düzgün təhlil etməyi şəxsən bacarmalısan. Fanatlarla belə desək, kəllə-kəlləyə gələn ən tanınmış ulduzun da psixoloji təzyiqə məruz qalacağı bəlli gerçəklikdir.

5.  "Dinamo"nun Xorvatiya çempionatında lider mövqeyində qərarlaşması adət etdiyimiz haldır. Ölkənin ən titullu klubunun Çempionlar Liqasına "Çelsi" üzərində qələbə ilə başlaması isə müəyyən anlamda xoş sürpriz idi. Lakin razılaşaq ki, sonrakı ardıcıl məğlubiyyətlər kollektiv üzərində ümumi basqı yaradıb. Yəqin ki, zaqreblilər yer aldığı qrupda daha yaxşı performans sərgiləsəydi, Emrelinin də motivasiyası, özünəinamı indikindən yüksək səviyyədə olar və məsələn, qrupda 1 qol vuraraq irəli addım atmış sayılardı. Məgər Kazan "Rubin"indən "Dinamo Batumi"yə, oradan isə "Napoli"yə üz tutan çox istedadlı gürcünün - Kvaratsxeliyanın fərdi uğurlarının arxasında həm də "Napoli"nin yüksək performansı, A Seriyasında və ÇL-dəki uğurları dayanmırmı? Əlbəttə, bu nəticələrdə millimizin sabiq hücumçusu Badri Kvaratsxeliyanın oğlunun da payı az deyil. Lakin uğurlu komandada ön plana çıxmaq, diqqət çəkmək də daha asandır.

Nihat Ağasoy  

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

23:13

Skandinaviyada görünməmiş transfer savaşı

Facebookdan bizi izləməyi unutmayın.
X