
"Sabah" klubunun futbolçusu Davit Volkov Gürcüstan millisinə dəvət alıb.
Fanat.Az paytaxt təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Mərakeş yığmasına qarşı yoldaşlıq oyunu üçün heyətə cəlb edilib.
Qeyd edək ki, Mərakeş - Gürcüstan matçı noyabrın 17-də olacaq.