
“Sabah” Coy-Lens Mikelslə yeni müqavilə bağlayıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq sözləşmənin müddəti artırılıb.
Yeni anlaşma 1+1 şərti ilə imzalanıb.
Mikels 2021-ci ilin iyul ayından “Sabah”da çıxış edir. O, Masazır təmsilçisinin heyətində keçirdiyi 41 matçda 21 dəfə rəqib qapılarına yol tapıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.