00:07 19.11.2022 714

“Futbolsevərlər tezliklə yeni adlar eşidəcəklər” - “Qarabağ” rəsmisi

“Qarabağ” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə texniki direktoru Tacəddin Doğan klubun rəsmi saytına müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir:

- Bugünkü seçimlər barədə fikirləriniz necədir?
- Ən kiçik yaş qrupları üçün seçim elan etdik və 50-yə yaxın uşağa baxdıq. Akademiya məşqçiləri ilə birlikdə izlədik və bir neçə uşağı bəyəndik. Amma bu o demək deyil ki, həmin uşaqları akademiyamıza götürmüşük. Həmin uşaqları yenidən sınayacağıq. Akademiyamızda futbolçularla eyni səviyyədə olacaqlarsa, onları götürəcəyik. Yeni yaradacağımız U-8 komandasına da bir neçə uşaq dəvət edəcəyik. Bundan əlavə U-12 üçün də bir neçə uşağı bəyəndik.

- Seçimlərin bölgələrdə aparılması gözlənilir?
- Bütün yaş qruplarına seçimlər aparmışıq. Bundan öncəki seçimlərimizə 400-dən çox uşaq qatıldı. Bu mövsümdən yenidən bölgələrə üz tutacağıq. Azərbaycanda istedadlı uşaqlar var və onları tapıb üzə çıxarmaq lazımdır. Premyer Liqa və divizionda komandası olmayan bölgələr bizim üçün ilk seçimdir. Ən yaxın zamanda Ağcabədiyə getməyi planlaşdırırıq. Bundan əlavə, tezliklə Şəki və Qaxda da seçimlər təşkil etməyi düşünürük.

- “Qarabağ” Futbol Akademiyasındakı fəaliyyətinizə nəzər salsaq, burada olduğunuz müddətdə nə dəyişib?
- İlk gündən qarşımıza qoyulan əsas hədəf komandaların və uşaqların inkişaf etməsi olub. Milli komandalara futbolçu yetişdirmək və oyunçuların inkişafı bizim üçün kubok qazanmaqdan daha önəmlidir. Ötən mövsüm 1 komandamız öz liqasını 1-ci tamamladı. Bundan əlavə, iki komandamız 2-ci və 3-cü yerləri tutdu. Ancaq daha vacib məqam budur ki, milli komandalara verdiyimiz futbolçuların sayında artım var. İldən-ilə bu sayda artım müşahidə olunur. Futbol olan yerdə tənqid qaçılmazdır. Yığma komandalar və AFFA-nın elit məşqlərinə 50 futbolçu göndərmişik. 50 futbolçumuz yığmanın məşqçilərinin diqqətindədirsə, deməli, düz yoldayıq. Bizim də məqsədimiz milli komandalara daha çox futbolçu verməkdir.

- Azərbaycanda uşaq futbolunun inkişafına mane olan amillər hansılardır?
- Azərbaycanda fərdi idman növləri – cüdo, güləş, boks və.s daha yaxşı inkişaf edib. Komanda idman növlərində isə belə deyil. Bunları aradan qaldırmaq üçün uşaqların yaxşı məşq keçməsi üçün şərait lazımdır. Uşaqlara daha yaxşı məşqlər keçirilməlidir. Valideynlərin uşaqların üzərində basqısı olmamalıdır. 10-12 yaşlı oyunçu meydanda səhv edən zaman məşqçisini dinləmir, tribunada yer alan valideyninə baxır. Düzdür, valideynlərin də uşaqları ilə maraqlanması haqqlarıdır. Ancaq biz məşq meydançalarımıza kameralar quraşdırdıq və valideynlərə izləməsi üçün şərait yaratdıq. Meydanın kənarından valideynlərin məşqi izləməməsi üçün qərar qəbul etdik. Bu qərar uşaqların daha yaxşı inkişaf etməsi üçündür. Liqalarımızın oyunlarını mütəmadi izləyirik. Yarışların keyfiyyəti də qalxmalıdır. Bütün problemlər bir-birinə bağlıdır. Ölkə xaricinə futbolçularımızı yollamalıyıq. Avropa səviyyəli klub olduğumuz üçün biz əsas komandaya o keyfiyyətdə futbolçu hazırlamalıyıq.

- Akademiyamızın komandalarının ölkə xaricindəki turnirlərə yollanması gözlənilir?
- Bu məsələni klub rəhbərliyi ilə müzakirə edirik. Son olaraq Türkiyənin “Altınordu” klubuna müraciət olundu. Ancaq onların təşkil etdiyi turnirdə iştirakçılar bəllidir, hansısa klub imtina etsə, bizim ora getməyimiz mümkündür. Bütün yaş qrupları ilə maraqlanıram, liqalarımızı izləyirəm. Əsas komanda Avropadakı çıxışı ilə göz önündədir və diqqət mərkəzindədir. Biz də əsas komandaya Avropa standartlarına uyğun futbolçular yetişdirməliyik. Daha keyfiyyətli futbolçuların yetişməsi üçün liqaların səviyyəsi də qalxmalıdır. Liqaların keyfiyyəti daha da artsa, uşaqları ölkə xaricindəki turnirlərə yollasaq, nəticələr də olacaq. Uşaqlara bu qapıları açmalıyıq və turnirlərə yollamalıyıq. Rəhbərliklə danışmışam və onlar da bu fikri dəstəkləyirlər. Sonda onu xüsusi ilə vurğulamaq istəyirəm ki, 4 ildir buradayam və əminliklə deyirəm ki, Azərbaycanda çoxlu istedadlı uşaqlar var. Tezliklə futbolsevərlər yeni adlar eşidəcəklər.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
21:16

KL: "Dinamo Minsk" hesabda önə keçir - YENİLƏNİR

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

Facebookdan bizi izləməyi unutmayın.
X