20:05 28.11.2022 299

“Azərbaycan məni, həqiqətən də, qucaqladı” - “Sabah”ın hücumçusu

“Sabah”ın hücumçusu Coy-Lens Mikels “Transfermarkt” portalına müsahibə verib.

Fanat.Az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinə keçidini xatırladıb:

“Öz-özümə düşündüm ki, peşəkar futbolçu kimi çox az vaxtım var. Niyə cəhd etməyim? Xüsusən də, Konfrans Liqasında iştirak etmək şansım olacaq. Dostlarım dedi ki, Azərbaycana köçsəm, karyeramı dərhal bitirə bilərəm. Amma bu fikirlərin məni təsir altına salmasına imkan vermədim. Təklifi maraqlı və ekzotik hesab etdim.

O vaxt hələ oteldə yaşayırdım, Bakıda mənzilim yox idi və demək olar ki, heç kim ingiliscə danışmırdı. Almaniya və Niderlandla müqayisə olunmayan məşq şəraitinə də öyrəşməli oldum. Yalnız paytaxtın mərkəzində mənzilə köçəndən, yerli sakinlərlə real təmas qurandan və komandaya uyğunlaşandan sonra hər şey dəyişdi”.

Mikels əvvəllər çox vaxtını “playstation” oynamaqla keçirdiyini, indi isə trenajor zalında çox olduğunu və məşqlərə önəm verdiyini söyləyib: “Elə yaşa çatmışam ki, bu dövrdə insan öz hərəkətləri haqda daha çox fikirləşir. Düzgün və sağlam qidalanmaya da önəm verirəm. Ölkə çempionatı fiziki cəhətdən çox güclüdür. Müdafiəçilər klassik “dana dişləyənlərdir”. Burada hər oyunda fiziki cəhətdən çətinlik çəkirsən və bu, iliklərinə qədər işləyir”.

Almaniyalı oyunçu Azərbaycan haqqında da danışıb: “Bir milyondan çox əhalisi olan şəhərdə tanınırıq. Televiziya reytinqləri çox yaxşıdır, futbol yüksəlişdədir. Amma istərdim ki, stadiona daha çox azarkeş gəlsin. Ən yaxşı oyunlarda 10 mindən çox tamaşaçı olur, normal matçlara isə cəmi 3000 nəfər gəlir. Ən ucuz biletin qiyməti cəmi 3 avroya bərabər olsa da, insanlar çox vaxt gəlmirlər. Komandalarının uduzacağı ehtimalını düşünərək 3 avro xərcləmək istəmirlər”.

Mikels buradakı insanların istiqanlı olduğunu vurğulayıb. “Bakı çox rahat, sakit guşələri olan yaşana bilən şəhərdir. Yalnız yolları çətin olur. Bakıda tıxacsız yaşamaq, demək olar ki, mümkün deyil. Çox ucuz olduğu üçün hər kəs taksidən istifadə edir. Bakıdan məşq meydançasına qədər 15 kilometr üçün az qala dörd avro ödəyirəm. Azərbaycan və kiçik ailəm məni, həqiqətən də, qucaqladı. Bir arzum olsaydı, bütün ailəmə sağlamlıq diləyərdim. İdman baxımından yaxşı vaxt keçirməyə davam etmək istəyirəm. Bu mövsüm beynəlxalq arenaya vəsiqə qazana bilərik”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

01:12

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

13:13

Krivotsyukla Xaybullayev Azərbaycan millisindən kənarlaşdırıldılar

12:41

"Dünya çempionatında onlara qarşı oynamağı arzulayıram" - Kilian Mbappe

12:04

Avropa Liqası: Kişi voleybolçulardan ibarət Azərbaycan yığması mübarizəyə başlayır

11:42

"Bayern Münhen"in gənc ulduzu DÇ-2026-da oynamayacaq

11:24

Azərbaycanın U-21 millisi Bəhreyn ilə qarşılaşır

10:56

Dünya Kuboku: Azərbaycan yığması Polşa ilə üz-üzə

09:43

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

09:00

Elnur Cəfərovun yeni mövsümə harada başlayacağı dəqiqləşmək üzrədir

03:12

Kenan Yıldız cəmi bir neçə saniyədə milyonlar qazanacaq

02:48

"Qalatasaray" onun üçün 60 milyon ödəyəcək?

02:28

"Barselona" üçün 80 milyonluq şok variant

01:53

"Fənərbağça"nın gətirmək istədiyi ulduz forvard üçün 80 milyon istədilər

01:32

"Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu" - Ayxan Abbasov

01:16

Arda Güler elə bir uğura imza atdı ki...

05 İyun 2026
23:55

Azərbaycan millisi Maltaya məğlub oldu

Facebookdan bizi izləməyi unutmayın.
X