“Lənkəran” heyətini daha bir legioner basketbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bölgə klubu türkiyəli Efe Baykalın transferini rəsmiləşdirib.
1,95 sm boya malik hücumçu ilə 1 illik müqavilə imzalanıb. 19 yaşlı basketbolçu karyerası ərzində ölkəsinin “Emlak Konut”, “Samsunspor” və “Trabzonspor” klublarında forma geyinib.
Qeyd edək ki, bu debütantın 7-ci legioner basketbolçu transferi olub. Onlar buna qədər amerikalılar Filmon Gebriyhit, Emanuel Littls, Maykl Rocers, Gregorey Milton, Ceremi Berrayt və Andre Bolla gücləniblər.