
Mövsümün hazırlıqlarını davam etdirən “Sərhədçi” heyətinə yeni basketbolçu qatıb.
Fanat.Az xəbər verir ki, məlumatı paytaxt təmsilçisinin mətbuat xidməti yayıb.
Bakı klubu ABŞ-dan olan Ceymond Vinsentlə anlaşıb. Onunla mövsümün sonun qədər müqavilə imzalanıb.
Oyunçunun son klubu “New Orleans Privateers” olub.