
Bu gün Azərbaycan Basketbol Liqasında VII turdan təxirə salınmış bir oyun keçiriləcək.
Fanat.Az xəbər verir ki, "Şəki" evdə "Neftçi" ilə üz-üzə gələcək.
A qrupunda yer alan komandaların görüşü Şəki Olimpiya İdman Kompleksində baş tutacaq və saat 17:00-da start götürəcək.
Qeyd edək ki, "Neftçi" qrupda 4-cü, "Şəki" isə 5-ci pillədə yer alıb. Hər iki komandanın 10 xalı var.
ABL
VII turun oyunu
17 dekabr
17:00. "Şəki" - "Neftçi
Şəki Olimpiya İdman Kompleksi
A qrupu
1. Abşeron Lions 9 8 1 +95 17
2. Sabah 8 8 0 +194 16
3. Gəncə 8 4 4 -28 12
4. Neftçi 8 2 6 +5 10
5. Şəki 8 2 6 -104 10
6. NTD 9 1 8 -162 10