
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Dublində İrlandiya seçməsinin qonağı olan Tahir Baxşıyevin baş məşqçisi olduğu yığma rəqibinə 76:75 hesablı qələbəyə sevinib.
Qarşılaşma "National Basketball Arena"da keçirilib.
Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzub. Komanda qrupda 4 xalla üçüncü pillədə qərarlaşıb.