
"Sabah" basketbol komandasının FIBA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri müəyyənləşib.
Fanat.Az-ın məlumatına görə, "bayquşlar"ın hansı qrupda yer alacağı turnirin püşkatma mərasimində bəlli olub.
A qrupunda mübarizə aparacaq Azərbaycan çempionu "Trabzonspor" (Türkiyə), "Nanter 92" (Fransa), "Ritas" (Litva) ilə münasibətlərinə aydınlıq gətirəcək.
Litva təmsilçisi sözügedən turnirin son qalibidir.
Əsas mərhələyə oktyabrın 6-da start veriləcək. Qrupun qalibi birbaşa ən güclü "16-lığ"a vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən "play-in" mərhələsində üz-üzə gələcəklər.
Toğrul