
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Kolumbiya yığmasını penalti seriyasında üstələyərək (0:0, penaltilər - 4:3) adını 1/4 finala yazdıran İsveçrə millisinin baş məşqçisi .
Fanat.Az xəbər verir ki, o, matçın ardından keçirilən mətbuat konfransında belə danışıb:
"Düşünmürəm ki, oyun planımızı indi açıqlamaq kiməsə maraqlı olar, amma hər şey istədiyimiz kimi alındı. Matçın əvvəlində düzgün yanaşma çox önəmli idi. Çox gərgin və bərabər səviyyəli mübarizə şəraitində keçən oyun oldu. Futbolçularımız sona qədər uğur qazana biləcəklərinə inanırdılar. Penaltilər seriyasında soyuqqanlılığı qoruduq və bu, bizə növbəti mərhələ sevinci bəxş etdi. Artıq qarşıdakı matç barədə düşünürük. Argentina ilə oyuna hazırlaşacağıq".
ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi DÇ-2026 iyunun 11-də başlayıb. Tarixdə ilk dəfə 48 komandanın iştirakı ilə keçirilən mundial iyulun 19-da yekunlaşacaq.
Nihat