
Bu gün "Neftçi SOCAR" 3x3 basketbol komandası İspaniyanın Kaseres şəhərində keçiriləcək Dünya Qadın Seriyasında mübarizəyə başlayacaq.
Fanat.Az xəbər verir ki, Bakı təmsilçisi A qrupundakı ilk oyununda İspaniya təmsilçisi "Madrid"lə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə 22:05-da start götürəcək. Azərbaycan komandasının ikinci rəqibi indilik dəqiqləşməyib.
Xatırladaq ki, "ağ-qaralar" Orlean və Marseldəki raundların qalibi olub. İndiyədək keçirilmiş 12 mərhələnin yekununa əsasən, "Neftçi SOCAR" (352 xal) ümumi komanda hesabında ikinci pillədə mövqe tutub.
Toğrul