
"LANDAU Lions" ABŞ-dən olan basketbolçu Cordan Perkinsi transfer edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı oyunqurucusu 2024/2025 mövsümündə "Naxçıvan" (ilk ilində "Xəzri") klubunun heyətində Azərbaycan Basketbol Liqasında assist lideri olub.
Bununla da "LANDAU Lions"ın yeni mövsüm üçün transfer etdiyi legionerlərin sayı 2-yə çatıb. Daha əvvəl Edvard Polayt komandaya cəlb olunmuşdu. Klub həmçinin Orelik Gediminas, Ceyms Freyzer və De Ondre Cekson ilə müqavilə müddətini uzatmışdı.