
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının 2026 mövsümünü ikinci pillədə başa vurub.
Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.
"Ağ-qaralar" 672 xalla ümumi sıralamada ikinci olub.
Xatırladaq ki, "Neftçi SOCAR" mövsüm ərzində ümumilikdə 12 mərhələdə iştirak edib. Komanda Orlean və Marsel mərhələlərinin qalibi olub.