
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasında növbəti sınağına çıxır.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Çinin Şanxay şəhərində keçiriləcək mövsüm finalında mübarizə aparacaq.
"Ağ-qaralar" A qrupunda Niderland, Fransa və Almaniya yığmaları ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisi bu gün start götürəcək və iki gün davam edəcək yarışın ilk günündə üç oyun keçirəcək. "Neftçi SOCAR" əvvəlcə Fransa ilə qarşılaşacaq ki, oyun Bakı vaxtı ilə saat 12:45-də start götürəcək. Saat 14:50-də Niderland yığması ilə duel olacaq. Xanım basketbolçularımız saat 16:55-də Almaniya ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Azərbaycan yığması ötən il Şanxayda keçirilən mövsüm finalında 2-ci yeri tutub.