"Anadolu Efes"in point-qardı Şeyn Larkin Avroliqada 28-ci turun "ən dəyərli oyunçusu" (MVP) seçilib.
Fanat.Az xəbər verir ki, Larkin "Olimpiakos"la görüşdə 15 üçlükdən 10-nu dəqiq yerinə yetirmiş və qarşılaşmanı 40 xalla tamamlayaraq komandasının qələbəsində (91:79) əsas pay sahibi olmuşdu.
27 yaşlı basketbolçunun ümumi effektivliyi 44 balla qiymətləndirilib.
Fanat.Az