NBA-da müntəzəm çempionat rəsmən dayandırılıb.
Fanat.Az xəbər verir ki, "Yuta"nın mərkəz oyunçusu Rudi Qoberdə koronavirus aşkarlanması səbəbindən NBA rəhbərliyi çempionatı dayandırmaq qərarına gəlib. Qərar bu gündən qüvvəyə minib.
Çərşənbə günü "Oklahoma" - "Yuta" görüşü təxirə salınmışdı. Buna Solt-Leyk Siti klubunda çıxış edən oyunçulardan birinin koronavirusa yoluxması səbəb olmuşdu. İnsayderlərin məlumatına görə, söhbət Qoberdən gedir.
Qeyd edək ki, Qober 2020-ci ildə "Ulduzlar oyunu"nun iştirakçısı olub. Fransız basketbolçu iki dəfə (2018, 2019) NBA-da mövsümün ən yaxşı müdafiəçisi seçilib.
Fanat.Az