Bu il kişilər və qadınların boks üzrə dünya çempionatında daha bir ölkə iştirak etməyəcək.
Fanat.Az xəbər verir ki, Polşa DÇ-nin boykotuna qoşulub.
Polşa Boks Assosiasiyasının vitse-prezidenti Maçej Demel "Sport.pl"ya bu barədə belə deyib: “Biz Ukraynada müharibə başlayandan sonra rusların və belarusların qatılacağı yarışlarda iştirak etməyəcəyimizi qərara alan ilk idman birliklərindənik. O vaxtdan bəri heç nə dəyişməyib, ona görə də qərar qüvvədə qalır. Biz hərəkətlərimizdə ardıcılıq”.
Bundan əvvəl ABŞ, İrlandiya, Çexiya, Böyük Britaniya, Kanada, İsveç və Niderland da boykot elan etmişdi.
Boks üzrə hər iki dünya çempionatı yazda keçiriləcək: qadınlar arasında - martın 15-dən 26-dək Yeni Dehlidə, kişilər arasında - mayın 1-dən 14-dək Daşkənddə.
Mirağa