Daşkənddə (Özbəkistan) boks üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, onuncu yarış günündə 1/4 final görüşləri keçiriləcək. Azərbaycan millisinin iki idmançısı - Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) də bu mərhələdə mübarizə aparacaq.
Qalib gələcək boksçular ən azı bürünc medalı təmin edəcəklər.
1/4 final
86 kq. Alfonso Dominqes - Şohcahon Abdullayev (Özbəkistan)
+ 92 kq. Məhəmməd Abdullayev - Nikoloz Beqadze (Gürcüstan)
Qeyd edək ki, Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq) , Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq) və Eldar Quliyev (92 kq) mundialda çıxışlarını başa vurublar.