Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək 22 yaşadək (U-22) boksçular arasında Avropa çempionatına qatılacaq.
Fanat.Az-ın Boks Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, ölkəmizi yarışda yarışda 13 idmançı təmsil edəcək.
Mükafatlar uğrunda Tural Sarıyev (48 kq), Nicat Hüseynov (51 kq), Amin Məmmədzadə (54 kq), Kamil Babayev (57 kq), Ruslan Qədirov (63,5 kq), İlqar Salahov (67 kq), Şəmsi Şahbazov (71 kq), Fərhad Şeydayev (75 kq), Murad Allahverdiyev (80 kq), Seyid Seyidov (86 kq), Mehparə Məmmədov (48 kq), Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) mübarizə aparacaq.
Avropa çempionatında ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdiyev də yer alacaq.
Qeyd edək ki, oktyabrın 12-də startı veriləcək turnir 9 gün davam edəcək.