Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də finala yüksəlib.
Fanat.Az xəbər verir ki, idmançımız yarımfinalda Gürcüstan təmsilçisi Dimitri Qoçilaidzeyə qalib gəlməklə buna nail olub.
Eyni çəkidə digər təksiıçimiz Ömər Rəcəbli təsəlliverici qarşılaşmada uduzub.
73 kq çəki dərəcəsində şübarizə aparan idmançılarımıza gəlin, Rəşid Məmmədəliyev bürünc medal uğrunda görüşə çıxacaq. Nəriman Mirzəyev isə ilk dueldə məğlub olaraq mübarizəni erkən dayandırıb.
Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc mükafat əldə edib.
Qeyd edək ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.