16:25 10.08.2021 994

Azərbaycan Boks Federasiyası millidə ayrıseçkilik ittihamlarına aydınlıq gətirib

"Öz çəkimdə Azərbaycanda bir nömrəyəm. Yəni qarşımda dayanan boksçu yoxdur. Məsələn, mən olimpiadada medal qazanan Alfonso Domingesdən həm qat-qat güclüyəm, həm də ondan çox məşq edirəm və ondan daha yaxşı vuruşaraq, medal götürə bilərəm".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) deyib.

O bildirib ki, Azərbaycan Boks Federasiyası (ABF) legionerlərlə müqayisədə azərbaycanlı boksçulara dəstək olmur: "Olimpiadada dəstəksiz uğur qazanmaq mümkün deyil. Bu gün həmin "Qarabala" (Alfonso Dominges - red.) bizim adımızdan döyüşür, cəmi 2 döyüş keçirərək, 3-cü yerə çıxır. İdmandan başı çıxmayanlar da baxıb, "Legioner olimpiadada medal qazandı" deyərək, onu təbrik edirlər. Amma bilmirlər ki, Azərbaycanın əsl igid oğlanları zərrə qədər dəstək almırlar. Ona görə də kənarda qalırıq. Hansısa "Qarabala"ya isə kömək edirlər. Bunun kimlərə sərf etdiyini özləri yaxşı bilirlər. Hər şey federasiya rəhbərliyindən asılıdır, bunu onlar edirlər".

29 yaşlı idmançının sözlərinə görə, legionerlər öz kefindədir, dünya-aləm onların vecinə deyil: "Legionerlər ürəkləri istədiyi kimi məşq edirlər. Biz isə canımızı qoyub hazırlaşırıq. Sonda da hansısa sürprizlə qarşılaşırıq. "Qarabala" elə sevinir ki, insanlar deyir, Azərbaycanda yerli boksçu yoxdur. Halbuki, öz adımdan danışıram, olimpiadada finala çıxa biləcək boksçuyam. Amma dəstək yoxdur. Legioner zəif döyüşə-döyüşə 3-cü yeri tutur, biz isə medalsız qalırıq. Özünüz də gördünüz ki, yarımfinalda kubalı Arlen Lopes Domingesi noqdauna saldı. Biz Domingesdən də artıq idmançıyıq. Sadəcə, yerli idmançılara soyuq, legionerlərə isə isti münasibət göstərirlər. Fərq bundadır. Sonra da deyirlər ki, Azərbaycanda boks yoxdur. Yerli idmançıya bu cür münasibətdən sonra, əlbəttə, boks olmayacaq".

Çələbiyevin fikirlərinə cavab olaraq, ABF-dən "Report"a bildirilib ki, komandada hansısa ayrıseçkilikdən söhbət gedə bilməz: "Cavid Çələbiyev Azərbaycan milli komandasının liderlərindəndir, dünya çempionumuzdur. Titullarına baxmayaraq, nəinki o, bütün yaş qrupları üzrə yığmalarda yer alan boksçular bizim üçün eynidir. Çünki onların hər birinin uğuruna inanırıq. Sadəcə "dəstək olmalıdır” ifadəsi bir qədər anlaşılan deyil. Çünki yığmanın hər bir üzvünə eyni şərait yaradılır və eyni dəstək göstərilir. Mümkün deyil ki, komandada hansısa ayrıseçkilikdən söhbət getsin. Çələbiyev Tokio-2020-yə hazırlıq dövründə də digərləri ilə eyni təlim-məşq toplanışlarında iştirak edib. O, komandamızla birgə 1 - 17 fevralda Beyləqanda, 26 fevral – 15 martda Türkiyədə, 21 aprel – 4 mayda Sumqayıtda, 7 - 31 mayda Özbəkistanda, 21 iyun – 3 iyulda Bakıda, 3 - 18 iyulda İtaliyada təlim-məşq toplanışlarında olub. Həmçinin 15 - 21 martda İstanbulda beynəlxalq turnirdə və 1 - 9 iyunda Parisdə lisenziya turnirində iştirak edib. Göründüyü kimi, burada hansısa fərqləndirilməkdən söhbət gedə bilməz. Alfonso Domingesin Tokio-2020 Olimpiadasına 1/8 finaldan başlamasına və iki döyüşdən sonra medal qazanmasına gəlincə, bunun səbəbini bütün bokssevərlər bilirlər. Bunu Beynəlxalq Olimpiya Komitəsi (IOC) reytinqə əsasən müəyyənləşdirir. Heç Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) da bu məsələyə müdaxilə etmir. Hakimləri də IOC təyin edir və son məqama kimi adlarını belə, açıqlamır. Hər şey bu qurumun nəzarəti altında keçirilir”.

Qeyd edək ki, Cavid Çələbiyev Tokio olimpiadasında 1/4 finalda ermənistanlı Ovanes Baçkova uduzaraq, mübarizəni dayandırıb. Alfonso Dominges isə yarımfinaladək irəlilədiyi üçün bürünc medal qazanıb.
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

Facebookdan bizi izləməyi unutmayın.
X