Serbiyanın paytaxtı Belqradda kişi boksçuların dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, mundialda bu gün yarımfinal mərhələsinin döyüşləri keçiriləcək.
Ən güclü dörd idmançı sırasına yüksəlməklə bürünc medalı təmin edən Azərbaycan millisinin üç üzvü də finala vəsiqə uğrunda mübarizə aparacaq.
Sərxan Əliyev (71 kq) ukraynalı Yuri Zaxariyevlə, Alfonso Dominges (86 kq) Kuba təmsilçisi Ruis Kordoba ilə, 92 kiloqramdan ağır çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev isə Ermənistandan olan Davit Çaloyanla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, dünya çempionatına noyabrın 6-da yekun vurulacaq.
Yarışın mükafat fondu 2,6 milyon ABŞ dollarıdır. Çempionlar 100 min, ikinci yerin sahibləri 50 min, bürünc medalçılar isə 25 min dollar qazanacaqlar.
Sahib Əsədbəyli