17:51 17.02.2022 944

Azərbaycanın ən yaxşı boksçusu və çempion qardaşlardan qələbə şərhi

“Azərbaycan birinciliyinə çox yaxşı hazırlaşmışdım. 3 ay öncədən yarış üçün məşqlərə başlamışdım. Çox yaxşı təlim-məşq toplanışı keçdim və gözlədiyim nəticəni də qazandım”.

Fanat.Az xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə açıqlamasında gənc boksçular arasında ölkə çempionu tituluna yiyələnən Fətəli İsmayılov deyib.

17 yaşlı idmançı qələbəsini şərh edib. 86 kq çəki dərəcəsində Azərbaycanın ən güclüsü, eyni zamanda birinciliyin ən yaxşısı adını qazanan İsmayılov bildirib ki, qızıl medalı və xüsusi mükafatı Boks Federasiyasının prezidenti Sahil Babayevdən almaq ona sevinc bəxş edib.

Finalda Elay Səmədovla görüşü həm ən asan, həm də ən çətin döyüş adlandıran İsmayılov uğurlu çıxışın davamını gətirəcəyini deyib: “Həlledici qarşılaşmam Elayla keçdi. Düzdür, vaxtından əvvəl qalib gəldim, birinci raundda döyüşü aktivimə yazdım. Bu asan tərəfidir. Amma final görüşü idi. Bu mərhələ də həmişə çətinliyi ilə fərqlənib. Birinciliyin ən yaxşısı seçilməyimə gəlincə, bu, sürpriz olmadı. Yarışa yaxşı hazırlaşdığım üçün bunu gözləyirdim”.

Boksçunun sözlərinə görə, əsas istəyi qarşıdakı yarışlarda yenə də fəxri kürsüdə yer almaqdır: “Qarşıda bizi Avropa birinciliyi gözləyir. Hədəfim orada da çempion olmaq və himnimizi səsləndirməkdir. İnanıram ki, uğurumun davamını gətirəcəyəm”.

Azərbaycan birinciliyində nadir təsadüf olunan hadisə də qeydə alınıb. İki qardaş – Kənan və Kamil Babayevlər müxtəlif çəki dərəcələrində çempion tituluna yiyələniblər.

Böyük qardaş Kamil Babayev bildirib ki, ikinci dəfə qatıldığı analoji yarışda qızıl medal qazanacağına inamı böyük olub. 54 kq çəki dərəcəsində ölkənin ən güclüsü olan 17 yaşlı idmançı 4 döyüşündən ən çətininin yarımfinal mərhələsinə təsadüf etdiyini vurğulayıb:

“Yığma üzvü Mahir Süleymanovla qarşılaşma çox gərgin alındı. Amma onunla yanaşı, digər 2 çıxışımda da vaxtından əvvəl qələbə qazandım. Finalda isə inamlı döyüş sayəsində çempion oldum. Qarşıda bizi Avropa çempionatı gözləyir. Orda da məqsədim fəxri kürsünün ən yüksək pilləsində yer almaqdır. Yığmadakı əsas rəqibim də Mahirdir. Çalışıb bir nömrə kimi Avropa çempionatına getmək istəyirəm. Ən böyük arzum isə buranın qızıl medalı ilə belə həyata keçməyəcək. Çünki əsas hədəfim Olimpiya çempionu olmaqdır. Bunun üçün də dayanmadan məşqlərimi davam etdirəcəyəm”.

Kamildən 1 yaş kiçik olan Kənan isə ilk dəfə gənclər arasında yarışa qatılıb. Birinci cəhddə 48 kq çəki dərəcəsində çempion olan idmançı da qardaşı kimi Yay Olimpiya Oyunlarının qalibi olmağı hədəfləyib:

“11 yaşımdan boksla məşğul oluram. Azərbaycan birinciliyinin hazırlığına 4 ay əvvəl başlamışdım. Məşqçim Elbrus Rzayevin rəhbərliyi altında çox yaxşı məşqlər keçmişik. Rinqə çıxdığım 3 döyüşdən ən çətini finalda Tural Sarıyevlə qarşılaşmaya təsadüf etdi. Çox güclü rəqibdir. Yeniyetmələrdən gənclərə keçməyimə baxmayaraq, çempion olacağıma inanırdım. İndi burada yerimi möhkəmlətməliyəm. Əsas heyət üzvünə çevrilmək üçün yenə rəqibim Tural olacaq və onu qabaqlayacağıma inanıram. Qarşıdakı Avropa birinciliyinə gedəcəyim halda çempion ola bilərəm. Əsas hədəfim isə Olimpiya çempionu tituluna yiyələnərək Azərbaycanın, müəllimlərimin və valideynlərimin adını uca etməkdir”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
13:32

"Neftçi" Varqasın transferi üçün "Makkabi"yə nə qədər ödəyib? - Bəlli oldu

13:14

"Turan Tovuz" Türkiyədə son sınağına çıxır

12:55

“APL Fantasy”-də neçə komanda qeydiyyatdan keçib? - Açıqlama

12:36

"Real Madrid"in qapıçısı "Sevilya" ilə anlaşdı

12:18

Ehtiram Quliyev Əziz Yıldırımla görüşdü - "Turan Tovuz" - "Fənərbağça" matçı müzakirə olundu

12:00

"Yuventus" PSJ-nin ulduzunu rənglərinə bağladı - Bu məbləğə

11:41

"Milan" "Fənərbağça"nın bu təklifini rədd etdi

11:22

Okan Buruk "Qalatasaray"lıların "ürəyinə su səpdi": "Onlara bunu vəd edirəm"

11:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:44

Hakimlər Komitəsinin iclası keçirildi, Premyer Liqa hakimlərinin siyahısı açıqlandı

10:27

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X