
Azərbaycan cüdoçusu Kəramət Hüseynov fevralın 4-də Fransanın paytaxtı Parisdə start götürəcək Böyük Dəbilqə turnirində iştirak etməyəcək.
Fanat.Az federasiyaya istinadən xəbər verir ki, 25 yaşlı idmançı zədələndiyi üçün yarışa aparılmayacaq.
Hüseynovun müalicəsinə başlanılıb.
Qeyd edək ki, Böyük Dəbilqə fevralın 5-də başa çatacaq.