Cüdo üzrə Azərbaycan yığması Təl-Əvivdə (İsrail) keçirilən “Böyük Dəbilqə” turnirində ümumi hesabda beşinci yeri tutub.
Fanat.Az xəbər verir ki, komandamız yarışı dörd mükafatla başa vurub. Zelim Kotsoyev (100 kq) qızıl, Orxan Səfərov (66 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) gümüş, Məmmədəli Mehdiyev (90 kq) bürünc medal qazanıb.
Ümumi hesabda Fransa (3-1-1) birinci, Kanada ikinci, (2-1-2), İsrail (2-1-1) üçüncü olub.
Kişilərin sıralamasında isə Azərbaycan ikinci nəticə göstərib. İlk yerdə Gürcüstan (2-0-1) qərarlaşıb.