Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycan komandasının iştirakı ilə cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Fanat.Az xəbər verir ki, ikinci yarış günündə daha iki idmançımız çıxış edəcək.
Nəriman Mirzəyev (73 kq) startda özbəkistanlı Şahram Axadovla görüşəcək.
Eyni çəkidəki Rəşid Məmmədəliyev isə Behruzi Xocazoda (Tacikistan) ilə münasibətləri aydınlaşdıracaq..
Qeyd edək ki, ilk yarış günündə tatamiyə çıxan dörd cüdoçumuzdan yalnız 60 kq çəki dərəcəsində yer alan Əhməd Yusifov bürünc medal qazanıb.