Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirinin qalibi Turan Bayramov (60 kq) dünya reytinqində ilk "10-luğ"un astanasındadır.
Fanat.Az xəbər verir ki, 21 yaşlı idmançı altı pillə yüksələrək öz çəki dərəcəsində 11-ci yerdə qərarlaşıb. Eyni çəkidə yer alan Balabəy Ağayev əvvəlki kimi ikinci, Kəramət Hüseynov isə altı pillə geriləyərək 19-cu pillədə mövqe tutub.
Turnirin bürünc mükafatçısı Gültac Məmmədəliyeva (52 kq) da reytinqini xeyli yaxşılaşdırıb. O, 25 pillə irəliləyərək 34-cü sıraya qalxıb.
73 kq çəki dərəcəsində Hidayət Heydərov ikinci, Rüstəm Orucev isə 23-cü yerdədir.
81 kq çəkidə Səid Mollayi öz mövqeyində qalıb. O, üçüncüdür. Həmçinin Zelim Kotsoyev 100 kq çəki dərəcəsində eyni mövqedədir.
Məmmədəli Mehdiyev (90 kq) doqquzuncu, Orxan Səfərov (66 kq) isə yeddinci sırada qərarlaşıb.
Uşanqi Kokauriyə (+100 kq) gəlincə, o, ilk "onluq"dan düşüb və 11-ci yerdədir.