Avropa Cüdo İttifaqı 2024-cü ildə keçiriləcək qitə çempionatının yeri ilə bağlı qərar verib.
Fanat.Az xəbər verir ki, yarış aprelin 25-27-də Zaqrebdə (Xorvatiya) baş tutacaq. AÇ Paris Olimpiadası ərəfəsində reytinq xarakteri daşıyacaq.
Aprelin 28-də isə qarışıq komandalar arasında yarış baş tutacaq.
Qeyd edək ki, builki Avropa çempionatı noyabrda Monpelyedə (Fransa) keçiriləcək.