14:11 29.04.2023 1070

\"Dünya çempionatına 13 idmançı gedirsə, 13 də medal mümkündür\" - MÜSAHİBƏ

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullunun Fanat.Az-a müsahibəsi

- Rəşad bəy, yığma komandanın 7-14 mayda Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatına hazırlığı barədə məlumat verərsiniz. 

- Yığma bu ilin əvvəlində Avstriyada, ardınca Fransada, Yaponiyada, Çexiyada, Macarıstanda və Türkiyədə təlim-məşq toplanışları keçib. Ümumilikdə komandanın mundialda uğurlu çıxışı üçün lazım olan hər bir şey edilib. Qalır istənilən nəticəni göstərmək.

- Qarşıya qoyulan hədəf nədir?

- Ötən dünya çempionatı öncəsi "11 idmançı varsa, 11 medal da mümkündür" demişdim. Baxmayaraq ki, bu fikrim doğru anlaşılmadı, bu dəfə dünya çempionatına 13 idmançımız gedirsə, 13 də medal mümkündür deyə bilərəm. Təbii ki, kişilərin şansı daha yüksəkdir. Heyətdəki 9 idmançının hər biri bu il "Dünya Turu" seriyasından olan turnirlərdə nəticə verib. 

- Konkret olaraq bu dünya çempionatından qızıl medal gözləməyə dəyərmi? O "qızıl" ki, biz sadəcə bir dəfə, o da 10 il əvvəl qazanmışıq...

- Qızıl medal bizim üçün hər zaman başlıca hədəfdir. Təbii ki, bu dəfə də istisna deyil. Yığmada bunu bacaracaq idmançılar var. 

- Ad çəkə bilərsiniz?

- Konkret ad çəkmək istəmirəm. Daha potensiallı idmançılarımızı onsuz da cüdosevərlər yaxşı tanıyır. 

- Dünya cüdosunun canlı əfsanəsi, ikiqat olimpiya çempionu olan yaponiyalı Şohey Ononun karyerasını bitirməsi Hidayət Heydərovun zirvəyə doğru işini nə dərəcədə asanlaşdırır?

- Ono yoxdur, əvəzində onun həmyerlisi Soiçi Haşimoto, italiyalı Manuel Lombardo və digər iddialı idmançılar var. Bildiyiniz kimi, 73 kiloqram kifayət qədər rəqabətli çəki dərəcəsidir. Hidayət Lombardoya ardıcıl iki görüşdə uduzub. İtaliya cüdoçuları belə demək mümkünsə, "çoxbilmiş" güləşirlər. Ona görə onlarla mübarizə aparmaq asan olmur. Amma artıq məşqçilərimiz onun da üzərində işləyiblər. Bu dəfə qarşılaşsalar, fərqli nəticəyə ümid edirik. 

- Qadınlar ötənilki mundiala nisbətdə iki dəfə daha geniş tərkiblə qatılacaq. Onların hansına daha çox ümid etmək olar?

- Yenə də fərqləndirmək istəmirəm. Heyətdəki iki cüdoçumuz kifayət qədər gəncdir. Hesab edirəm ki, bir qədər də püşkdə bəxtləri gətirsə, hər birinin müəyyən mərhələyədək irəliləmək şansı var. 

- Yığmanın kapitanı Rüstəm Orucov uzun dönəmdən sonra ilk dəfə dünya çempionatına qatılmayacaq. 81 kiloqramda uğur qazanmaqda çətinlik çəkən təcrübəli idmançının karyerasının gələcəyi barədə fikriniz nədir? Onun yenidən 73 kiloqrama qayıtması mümkündürmü?

- Sözün düzü, bütün diqqət hələlik dünya çempionatına yönəlib. Mundialdan sonra bu mövzuya dönmək olar.

- Dünya və Avropa çempionatlarının mükafatçısı Kəramət Hüseynovun son vaxtlar uğursuz çıxışı nə ilə bağlıdır?

- Kəramət hazırlığına kifayət qədər ciddi yanaşır. Amma təəssüf ki, son yarış meydanlarında gücünü ortaya qoya bilməyib. Düzü, onun çəkisi artıq olur. Məşqçilər qərara gəlib ki, Kəraməti qarşıda 66 kiloqramda sınasınlar. Bir neçə gün əvvəl keçirilən ACF turnirində 66 kiloda mübarizə apardı, orada finala kimi gəldi. Düşünürük ki, Kəramət 66 kiloda sözünü deyə bilər. 

- Olimpiadaya artıq bir ildən bir qədər artıq zaman qalıb. Ötən Olimpiya Oyunlarındakı rekord lisenziyanın təkrarlanması və ya yenilənməsi mümkündür?

- Kişilərdə hədəfimiz maksimum lisenziyadır. Qadınlarda isə minimum iki lisenziya. Ehtimal yüksək olmasa da, bu, daha çox ola bilər. Belədə rekordun yenilənməsi mümkün olar.

- Mayın 6-7-də Göygöldə ilk dəfə yeniyetmələr arasında Avropa Kuboku yarışı keçiriləcək. Bu yarış barədə məlumat verərsiniz.

- Qeyd etdiyiniz kimi, yeniyetmələrin Avropa Kuboku turniri ölkəmizdə ilk dəfə keçiriləcək. Yarışa 19 ölkədən 300-dək cüdoçunun qatılması gözlənilir. Federasiya olaraq aşağı yaş qruplarına xüsusi diqqət yetiririk. Hesab edirəm ki, belə yarışların ölkəmizdə təşkili yeniyetmələr üçün əlavə stimuldur. Bu günün yeniyetmələri növbəti Olimpiya Oyunlarında bizi təmsil edə bilərlər.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2024
15:27

"Özün də bilirsən ki, möhtəşəmsən"

14:52

Varan "Mançester Yunayted"i tərk edir - RƏSMİ

14:34

"Arsenal" azarkeşlərinin MS-yə qarşı təxribatı səmərəsiz qaldı - VİDEO

14:15

Müllerlə Noyer rəhbərliyə minnətçi düşdülər

13:57

"Bunu nə Ferqyuson, nə Mourinyu, nə də Venger bacarıb" - Qvardiola

13:38

Ramos "Sevilya"dan ayrılmağa qərar verdi - Yeni klubu da bilinir

13:19

FİFA Şahruddinin klubunu Klyuvertə görə cəzalandırdı

13:01

"Hər şey pulla olsaydı, "Mançester Yunayted" bütün titulları qazanardı"

12:42

La Liqanın prezidenti Mbappenin "Real"a keçdiyini təsdiqlədi

12:24

Türkiyə millisinin üzvü Səudiyyə Ərəbistanında oynayacaq - Klub prezidenti açıqladı

12:06

Bədən forması, yoxsa insan həyatı?

11:49

"Bizim komanda Birinci Liqada oynamağa layiq komandadır" - Vüqar Nadirov 

11:23

“Kür”mövsümü çempion üzərində qələbə ilə başa vurdu

11:04

Azərbaycan millisinin oyununun vaxtı dəyişdi

10:45

Bu komanda üçün Marş qərarı verildi

10:26

Tosin İngiltərədə klubunu dəyişir

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:48

Jirudan ayrılıq qərarı - RƏSMİ

09:27

Obameyanq "Marc-Vivien Foe" mükafatını aldı

09:05

"Milan" Piolini bu mütəxəssislə əvəzləyəcək - Danışıqlar başladı

01:30

"Barselona" 2 qolla 2-ci yerə yüksəldi

01:15

Üç qol “Liverpul”a 3 xal üçün kifayət etmədi

00:55

"Fiorentina"dan əzmkar qələbə

13 May 2024
22:20

Di Maria Türkiyə yolunda - Prezident bu keçidlə şəxsən məşğuldu

21:38

"Bayern" Premyer Liqa klubunun çalışdırıcısına tapşırılacaq - Bu, De Dzerbi deyil 

21:00

"Real" Karvaxalla bağlı qərarını verdi

20:30

İK-nın iclasında millinin yeni baş məşqçisi məsələsi müzakirə olunmayıb

20:15

AFFA klublara ayrılan məbləği artıra bilər

19:48

Qurban Qurbanov: "Düşündüyümüz məsələlərin hamısını birdən icra etmək mümkün deyil"

19:27

"Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq" - AFFA prezidenti

18:45

Həkim baş məşqçinin bacarmadığını etdi

18:39

“Fire League”da pley-off oyunlarına start verildi

18:20

Azərbaycan millisi Macarıstana bu heyətlə yollanacaq

18:09

Türkiyə Kubokunun finalı bu stadionda keçiriləcək

17:50

İstanbul nəhəngi Madrid klubunun ulduzunu hədəfə aldı - SON DURUM

17:24

İngiltərə klubu baş məşqçisi ilə müqavilə yenilədi

17:02

Flikin "Bayern" rəhbərliyinə qoyduğu şərtlər bilindi - Onları da gətirəcək

16:45

Maria Stadnik ağır itki ilə üzləşdi

16:28

Simons PSJ-ni İspaniya nəhənginə dəyişmək istəyir

16:10

MY 1974-cü ildən bəri belə günə düşməmişdi

Facebookdan bizi izləməyi unutmayın.
X