Bu gün Qatarın paytaxtı Dohada cüdo üzrə böyüklər arasında dünya çempionatı start götürüb.
Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 4 cüdoçusu mübarizəyə qoşulub.
Qadınların 48 kq çəki dərəcəsində yer alan Leyla Əliyeva startda Raquel Britoya (Portuqaliya) uduzub.
Eyni çəkidəki Könül Əliyeva Qaliya Tınbayevaya (Qazaxıstan) yenilib.
Kişilərin 60 kq çəkisində Balabəy Ağayev Frac Duibini (Tunis) yensə də, ardınca mərakeşli Yunis Sadikiyə məğlub olub. Bu çəkidə çıxış edən digər cüdoçumuz Turan Bayramov isə Yohan Rojasa (Kolumbiya) qalib gəlsə də, növbəti dueldə yaponiyalı Naohisa Takatoyla bacarmayıb.
Beləliklə, ilk gündə millimiz medalsız qalıb.
Qeyd edək ki, Azərbaycan komandası mundiala 9 çəki dərəsində 9 kişi və 4 qadın idmançı ilə qatılıb. Çempionatın fərdi yarışları 7-13 may tarixlərində, komanda yarışları isə 14 mayda keçiriləcək.