Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, ikinci yarış günündə daha üç Azərbaycan cüdoçusu tatami üzərinə çıxacaq.
Orxan Səfərov (66 kq) Əhməd Abdelrahman (Misir) - Daikii Buba (Fransa) cütünün qalibini gözləyir.
Gültac Məmmədəliyeva (52 kq) Cennifer Etienn (Haiti) - Sofiya Fiora (Argentina) cütünün qalibi ilə görüşəcək.
Aydan Vəliyeva (52 kq) isə Erzu Muminoviqlə (Kosovo) qarşılaşacaq.
Qeyd edək ki, ilk gündə mübarizə aparan 4 təmsilçimizdən heç biri medal qazana bilməyib. Ölkəmizin 13 (9 kişi, 4 qadın) cüdoçu ilə qatıldığı mundiala mayın 14-də yekun vurulacaq.