6-7 mayda Fransanın paytaxtı Paris şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turniri keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə 81 kq çəkidə Ömər Rəcəbli gümüş, +100 kq çəkidə Kənan Nəsibov qızıl medal əldə edib.
Cüdoçularımız turnirdə ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanların sıralamasında kinci, ümumi komanda hesabında üçüncü yeri tutub.