Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında cüdo üzrə Azərbaycan yığması ümumi hesabda 20-ci yeri tutub.
Fanat.Az xəbər verir ki, komandamıza yeganə medalı Zelim Kotsoyev (100 kq, bürünc) qazandırıb.
Yaponiya (5-2-4) birinci, Fransa (2-3-2) ikinci, Gürcüstan (2-1-1) üçüncü olub.
Kişilərin sıralamasında Azərbaycan komandası 11-ci olub.