Azərbaycan cüdo millisinin üzvü Hidayət Heydərov zədələnib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı ikiqat Avropa çempionu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Moldova təmsilçisi Adil Osmanovla görüş zamanı dizindən zədə alıb.
Diz bağlarının ikinci dərəcəli yırtığı diaqnozu qoyulan cüdoçu 6 həftəyədək idmandan uzaq qalacaq.
Qeyd edək ki, H.Heydərov son mundialda beşinci yeri tutub.
Sahib