Bu gün Linzdə (Avstriya) cüdo üzrə Qran-Pri start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın yeddi idmançısı tatami üzərinə çıxacaq.
Nazir Talıbov (60 kq) ilk mərhələdən azaddır. O, mübarizəyə 1/8 finaldan başlayacaq. Burada rəqib mərakeşli Younes Saddiki olacaq. Eyni çəkidəki Əhməd Yusifov startda Dilan Munro (Böyük Britaniya) ilə qarşılaşacaq.
Kamran Süleymanov (66 kq) Patrik Zasko (Mərkəzi Afrika Respublikası) ilə mübarizə aparacaq.
Qadınlardan Leyla Əliyeva (48 kq) Marusya Stanqarı (Sloveniya) sınağa çəkəcək. Şəfəq Həmidova (48 kq) Nevena Miliç (Serbiya) ilə qarşılaşacaq.
Gültac Məmmədəliyeva (52 kq) Karina Klaus-Sternvayzer (Avstriya) - Erza Muminoviq (Kosovo) cütünün qalibi ilə mübarizə aparacaq.
Nəhayət, Fidan Əlizadə (57 kq) Mariya Muro (İspaniya) ilə qarşılaşacaq.
Qeyd edək ki, ölkəmiz üç gün davam edəcək Qran-Priyə 12 (8 kişi, 4 qadın) cüdoçu ilə qatılıb.