12:36 26.05.2023 706

\"Olimpiya çempionunu udardım\" - MÜSAHİBƏ

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin gümüş medalçısı Kamran Süleymanovun (66 kq) Fanat.Az-a müsahibəsi

- Kamran, bu, "Dünya Turu" seriyasında ilk medalındır. Yarışdan öncə bu nəticəni özündən gözləyirdin?

- Püşkatmadan sonra yarımfinala kimi irəliləyəcəyimə inanırdım. Elə oldu ki, daha da irəliyə gedə bildim. Nəticəmə görə çox sevincliyəm.

- Çəkindiyin idmançılar kimlər idi?

- Moldovalı dünya mükafatçısı Denis Vieru, ukraynalı Avropa çempionu Boqdan Yadov digər qruplarda idi. Onlar kifayət qədər təcrübəli, güclü idmançılardır. Yadovla daha əvvəl "Böyük Dəbilqə"də qarşılaşmışam. Həmin vaxt o, mənə cərimə xalları ilə qalib gəlmişdi. Ümumiyyətlə, böyüklərdə bir çox güclü idmançı ilə özümü sınamışam. Çəkindiyim kimsə yoxdur, əslində. Sadəcə, daha ciddi rəqiblərdirlər.

- Rio-2016-nın çempionu, italiyalı Fabio Bazile də bu yarışda iştirak edirdi. Sonda üçüncü oldu. Fəxri kürsüdə olimpiya çempionunu üstələmək necə hissdir?

- Bazile əvvəlki Bazile deyil. Bu dəfə qarşılaşsaydım, onu udardım.

- Sənin 2019-cu ildə yeniyetmələrdə qazandığın dünya "gümüş"ü də gözlənilməz nəticəydi. Daha sonra böyüklərdə ötən il Bakıda təşkil olunan "Böyük Dəbilqə"də gürcüstanlı olimpiya finalçısı Vaja Marqvelaşvilini yenməklə diqqətləri üzərinə çəkmişdin. Bir növ, səni sürpriz idmançı adlandırmaq olar.

- Mən güclü rəqiblərlə görüşlərə daha rahat çıxıram. Çünki itirəsi heç nəyim yoxdur. Hesab edirəm ki, bu, mənə çox kömək olur. Həm də ki, cüdoda sürpriz deyə bir şey qalmayıb. İstənilən rəqib titullu idmançıya başağrısı ola bilər. 

- Belə sürprizləri dünya və Avropa çempionatlarında,  Olimpiya Oyunlarında edə bilərsənmi?

- Niyə də yox? Dediyim kimi, keçilməz idmançı yoxdur.

- Olimpiadadan söz düşmüşkən, bu nəticə ilə reytinqdəki mövqeyini bir xeyli yaxşılaşdıracaqsan. Paris-2024-ə hələ bir ildən çox zaman var. Yığmanın 66 kiloqram çəkidəki lideri Orxan Səfərov da əvvəlki formasından uzaqdır. Nə düşünürsən, indiki halda onu keçmək olarmı?

- Orxan Səfərov çox təcrübəli idmançıdır. Məncə, lisenziyanı heç kimə "güzəştə getməyəcək".

- Amma sənin də iddian olmalıdır...

- Var, əlbəttə. Sadəcə, mən hələ çox gənc idmançıyam. Bir nəticə ilə çox iddialı danışmağım düz olmaz. Qarşıda yarışlar olacaq, orada özümü göstərməyə çalışacağam. Ondan sonra əmin danışmaq olar. 

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyun 2026
10:52

Marselo Byelsa Kabo Verde yığması ilə heç-heçə etdikləri oyundan nə danışdı?

10:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Belçika millisinin baş məşqçisi İranı məğlub edə bilməmələrinin səbəbini açıqladı

09:48

DÇ-2026: Dünya çempionu növbəti matçına çıxır

09:25

Misirdən tarixi nəticə: "Fironlar" bunu 100 ildən çoxdur arzulayırdı

09:00

Niderland nəhəngi ispaniyalı məşqçisini qovdu

08:00

DÇ-2026: Misirdən əzmkar qələbə, Uruqvay debütantla bacarmadı

02:51

Yamal ərəblərə elə bir cavab verdi ki...

02:22

Əlirza Belçika ilə oyunun ən yaxşısı seçildi

01:52

"Qalatasaray"ın ulduzu "Neftçi"yə keçir?

01:02

DÇ-2026: İspaniya darmadağına sevindi, Belçika - İran matçında quru "sülh"

21 İyun 2026
23:37

İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşısı bilindi

22:41

"Liverpul"dan "Barselona"ya transfer zərbəsi

22:13

İngiltərədə 40 milyonluq qapıçı yarışı

21:51

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub

21:19

"Qarabağ" Martin Zlomisliçi transfer edib

20:53

"Liverpul"dan 100 milyonluq transfer planı

20:20

"Çelsi"dən gözlənilməz qərar

19:27

"Nyukasl"ın sabiq sahibləri geri qayıdır

18:51

London təmsilçisinin 80 milyonluq təklifi rədd edildi

18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

Facebookdan bizi izləməyi unutmayın.
X