Cüdo üzrə Azərbaycan millisinin performans direktoru Mark van der Ham postundan ayrılıb.
Fanat.Az xəbər verir ki, o, 7-13 mayda Qətərin paytaxtı Dohada keçirilmiş dünya çempionatından sonra istefa ərizəsini Azərbaycan Cüdo Federasiyasına təqdim edib. Nəticədə niderlandlı mütəxəssislə müqaviləyə xitam verilib.
Bəs onunla eyni vaxtda kişilərdən ibarət yığmaya təyinat alan baş məşqçi Riçard Trautmanın gələcək taleyi necə olacaq? Mark van der Hamın yerinə təyinat olacaqmı?
Bu suallarla quruma müraciət etdik. Federasiyanın mətbuat xidmətinin rəhbəri Ülkər Abbasova almaniyalı mütəxəssisin istefa məsələsinin gündəmdə olmadığını bildirdi:
"Performans direktoru vəzifəsinə isə hələlik təyinat nəzərdə tutulmayıb"
Sahib