11:34 27.05.2023 1004

Gültac Məmmədəliyeva nədən gileylənir? - MÜSAHİBƏ

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turnirinin bürünc medalçısı Gültac Məmmədəliyevanın (52 kq) Fanat.Az-a müsahibəsi

- Gültac, bu, son iki ayda "Dünya Turu" seriyasından ikinci medalındır. Təəssüratlarını öyrənək.
- Qran-Pridə medalı hədəfləmişdim. Daha yaxşısına ümid edirdim. Lakin yarımfinalda yaponiyalı cüdoçuya "şido"larla uduzdum. Amma medalı əldən verə bilməzdim. Ona görə var gücümü qoyub mükafata layiq yer tuta bildim. Udduğum ispan idmançı gənc olsa da, kifayət qədər nəticə vermiş cüdoçudur. 

-  Ardıcıl nəticələrdən sonra səni Azərbaycan qadın cüdosunun lideri də adlandırmaq olar. Nə düşünürsən bu barədə?
- Qadınlar millisi əsasən gənclərdən təşkil olunub. Təcrübəli olan mən və Leyla Əliyevadır. Son yarışlarda nəticə verən mənəmsə, deməli, hələlik lider mənəm.

- Tokio-2020 ərəfəsində də adından söz etdirmişdin. Gənclərin Avropa çempionatlarında, həmçinin "Böyük Dəbilqə"də mükafata layiq yerlər tutmuşdun. Lakin sonda Olimpiadadan uzaq qalmışdın. Görünür, bu dəfə imkanı əldən verməyəcəksən...
- Hazırkı reytinqimlə Olimpiadaya lisenziya qazana bilirəm. Böyük ölçüdə həll eləmişəm. Amma çalışıb reytinqimi artırmalıyam.

- Bu uğurlardan sonra nəticə qazanmaq daha asan olmalıdır. Ən azından artıq psixoloji baryeri aşmısan.
- Doğrudur. Ard-arda uğursuzluq olanda adamın özünə inamı da istər-istəməz itir.

- Son dünya çempionatında sənin və ümumən komandanın uğursuzluğu nə ilə bağlı idi?
- Dediyim kimi, qadınlar komandası hələ yeni qurulur. Əksəriyyət yeniyetmələrdən yeni gəlib. Mənim özüm isə bəli, gözlədiyim kimi çıxış etmədim. Qaydalardakı dəyişikliklər bizə çox çətinlik yaradır. Diqqətimizi tam olaraq döyüşə verə bilmirik. Gördünüz ki, kişilərdən ibarət komandanın da aparıcı üzvləri bu üzdən uduzdular. Üstəlik, hakimlərin yanaşması birmənalı deyil, eyni hərəkətdə fərqli qərarlar verirlər. Çox narazılıqlar var.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

26 Aprel 2024
22:27

"Liverpul" 48 saat ərzində  baş məşqçisinin adını açıqlayacaq

20:20

Qarsiya "Barselona"ya dönəcək? - "Jirona" qərarını verdi

19:33

"Bayern"in azarkeşlərindən rəhbərliyə etiraz - Tuxelə görə

18:45

İspaniyada qalmaqal: Hökümət futbol federasiyasını nəzarətə götürdü

18:21

"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

17:52

"Barselona" bu futbolçusunu yayda satacaq 

17:25

"O, İngiltərə Premyer Liqasının ən yaxşı oyunçusudur" - Fil Foden

17:01

Azərbaycan millisinin üzvü medal qazandı

16:43

Azərbaycan Kuboku: Finalın nominal meydan sahibi bilindi

16:24

"Sabah" "Səbail"lə oyuna neçə itki ilə çıxacaq?

16:04

"Klublar legioner transferində yanlışlığa yol verirlər" - Bəxtiyar Musayev

15:42

AFFA rəqiblərini təhqir edən 3 futbolçunu cəzalandırdı

15:23

Rusiya futbolunda böyük qalmaqal - "Soçi"ni Çeçenistanda zəhərləyiblər?

15:06

"Səbail"in iki futbolçusu "Sabah"a qarşı oynamayacaq

14:45

"O, çox pis oynayır, "Liverpul" yayda yeni müdafiəçi almalıdır"

14:27

Taşuyev yenə getdi - Bu dəfə qovmadılar

14:09

PSJ Fransada yeni rekorda imza atdı - 18 ildən sonra

13:50

"İki ay əvvəl hər şey xarabalığı xatırladırdı" - Rüdiger

13:29

AFFA 10 klubdan altısını cərimələdi

13:10

Fonseka "Lill"i hansı Avropa nəhənginə dəyişəcək?

12:51

Madrid nəhəngi 35 yaşlı oyunçusu ilə bağlı qərarını verdi

12:33

"Real"ın müdafiəçisi Almaniya klubuna keçməyə yaxındır

12:14

Ot biçən, xətt çəkən, afişa vuran komanda rəhbəri

11:55

Bekhem Mark Uolberqdən milyonlarla dollar istəyir - Məhkəmə çəkişməsi

11:36

AFFA “Neftçi”nin şikayətini qəbul etmədi

11:19

“Sabah” Gənclər Liqasının qalibi oldu! 

11:00

Musiala Mbappeyə səsləndi: "Münhen vaxt keçirmək üçün əla yerdir"

10:35

Maliyyə menecerləri üçün seminar keçirildi

10:17

Samir Abasov "Barselona"nın prezidenti ilə görüşdü - FOTOLAR

09:58

"And içdim ki, bu təyyarə heç yerə uçmayacaq" - Con Terri sabiq baş məşqçisi ilə münaqişədən danışdı

09:34

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:10

"Yuventus" yeni qapıçı ilə anlaşdı

01:34

"Mançester Siti" səfərdə darmadağına sevindi

01:25

“Roma” yarımçıq qalan matçdan qalib ayrıldı

25 Aprel 2024
22:49

"Şeffild Yunayted"dən tarixi antirekord - Hələ beləsi olmamışdı

21:22

"Mövsümü fantastik şəkildə başa vuracağımızı hiss edirik" - Ançelotti

20:16

"Yuventus" forvardını dilə tutur, ancaq...

19:30

"Çelsi" tarixinin ən bahalı oyunçusu üçün mövsüm bitdi

18:44

Bundesliqa klubunun qolçusu İtaliya nəhənginə keçəcək

18:03

Avropa Çempionatı: Azərbaycan cüdoçusu finala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X