Bu gün Düşənbədə (Tacikistan) cüdo üzrə Qran Pri start götürəcək.
Fanat.Az xəbər verir ki, ilk gündə Azərbaycanın yeddi idmançısı tatamiyə çıxacaq.
Turan Bayramov (60 kq) startda Artyom Kolosov (neytral status) - Doston Ruziyev (Özbəkistan) cütünün qalibini gözləyir.
Rövşən Əliyev (60 kq) Markus Auerlə (Avstriya) mübarizə aparacaq.
Yaşar Nəcəfov (66 kq) Abdurahim Nutfulloyev (Özbəkistan) - Abdelrahman Buşita (Mərakeş) cütünün qalibi ilə görüşəcək.
Eyni çəkidəki Ruslan Paşayev Martin Setslə (Almaniya) qarşılaşacaq.
Qadınlardan Leyla Əliyeva (48 kq) Emmi Platten (Böyük Britaniya) - Şinxua Han (Çin) cütünün qalibi ilə, eyni çəkidə Könül Əliyeva Andrea Stoyadinov (Serbiya) ilə qarşılaşacaq.
Nəhayət, Gültac Məmmədəliyeva (52 kq) Paulina Martinez (Meksika) - Kseniya Daniloviç (neytral status) cütünün qalibini gözləyir.
Qeyd edək ki, Qran-Priyə iyunun 4-də yekun vurulacaq.