Azərbaycan cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Qran Pri turnirində bürünc medal qazanıb.
Fanat.Az xəbər verir ki, 90 kq çəkidə yarışan Azərbaycan cüdoçusu Elcan Hacıyev özbəkistanlı rəqibi Caxonqir Mamatraximova qalib gələrək bürünc medal qazanıb.
Beləliklə, millimiz yarışı 4 (2 gümüş, 2 bürünc) medalla başa vurub.