Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) dünya reytinqinə başçılıq edir.
Fanat.Az xəbər verir ki, 26 yaşlı ikiqat Avropa çempionu 6000 xalla sıralamada ilk pillədə yer alıb.
Düşənbədə keçirilən Qran Pridə gümüş medal qazanan Gültac Məmmədəliyeva 4 pillə irəliləyib. O, hazırda 20-ci yerdədir.
Qran-Prinin digər finalçısı Turan Bayramov (60 kq) bir irəliləyərək 8-ci yerdə qərarlaşıb.
Turnirin bürünc mükafatçısı Yaşar Nəcəfov beş pilləlik irəliləyişlə 20-ci sırada yer alıb.
Zelim Kotsoev (100 kq) 2-ci, Səid Mollayi (81 kq) 3-cüdür. Balabəy Ağayev (60 kq) 4-cü, Məmmədəli Mehdiyev (90 kq) isə 10-cu yerdədir. Orxan Səfərov (66 kq) ilk onluqdan düşərək 13-cü, Uşanqi Kokauri (+100 kq) isə 9-cu yerdə qərarlaşıb.