
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə iyunda I səviyyə məşqçi sertifikatlaşdırma kursları keçiriləcək.
Fanat.Az xəbər verir ki, məlumatı ACF-nın mətbuat xidməti yayıb.
Kurs nəzəri və praktiki hissələrdən ibarət olacaq. "IJF Academy"yə müraciət etmək istəyənlərin mütləq şəkildə kursdan keçməli olduqları bildirilib.
Azərbaycan Cüdo Federasiyasındakı tədbirin nəzəri hissəsi iyunun 1-6-sı, praktiki hissəsi isə 22-26-sı aralığında baş tutacaq.