
Mayın 8-10-u aralığında Qazaxıstanın paytaxtı Astanada “Böyük Dəbilqə” turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən təşkil olunacaq yarışda Azərbaycanın 11 cüdoçusu (6 kişi, 5 qadın) yeddi çəki dərəcəsində mübarizə aparacaq.
Kişilərdən ibarət yığma komandaya Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət komandaya isə Amina Abdellatif ilə Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Turnirdə 37 ölkədən 303 idmançı (178 kişi, 125 qadın) qüvvəsini sınayacaq.
Kişilər
66 kq
Rəşad Yelkiyev
Turan Bayramov
73 kq
Rəşid Məmmədəliyev
90 kq
Aslan Kotsoyev
+100 kq
Camal Feyziyev
Uşanqi Kokauri
Qadınlar
48 kq
Könül Əliyeva
Şəfəq Həmidova
52 kq
Gültac Məmmədəliyeva
Leyla Əliyeva
70 kq
Südabə Ağayeva