
İyulun 2-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Yardımlı Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.
Fanat.Az ACF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, imtahana 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs qatıla bilər.
Kəmər seçimi uyğun yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.
Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.