10:23 01.01.2021 1272

Azərbaycan cüdosu 2020-ci ildə

Azərbaycan Cüdo Federasiyası (ACF) 2020-ci ilin hesabatını təqdim edib.

Fanat.Az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, rəsmi açıqlamada cüdo tədbirləri sarıdan zənginliyin vəd olunmasına baxmayaraq, bu il COVID-19 pandemiyası səbəbindən bir çox yarışın ləğv edildiyi və ya təxirə salındığı xatırladılıb. Hətta dünyanın ən mötəbər idman yarışı olan Olimpiya Oyunlarının belə növbəti ilə keçirildiyi vurğulanıb.

O da qeyd edilib ki, pandemiya ACF-in fəaliyyətindən də təsirsiz ötüşməyib. Federasiyasının təşkil edəcəyi bir beynəlxalq yarış ləğv edilib, bir neçə Qran-Pri, "Böyük Dəbilqə" yarışı təxirə salınıb və ümumiyyətlə keçirilməyib.

2020-ci ildə Azərbaycan cüdoçuları üçün ən uğurlu hadisə Çexiyada təşkil edilmiş Avropa çempionatında baş verib. Yığma üzvləri bu yarışda 5 medal qazanıblar. Orxan Səfərov (66 kq) bütün rəqiblərinə qalib gələrək karyerasında ilk dəfə Avropa çempionu adını qazanıb. Qadınların yarışında İrina Kindzerska (+78 kq) yalnız finalda uduzaraq qitə çempionatının gümüş medalına layiq görülüb. Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Rüstəm Orucov (73 kq) Avropa çempionatında bürünc medala sahib olub. Orucov bu yarışdan iki həftə öncə Macarıstanın paytaxtı Budapeştdə təşkil edilən nüfuzlu Böyük Dəbilqədə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, hazırda öz çəkisində də dünya reytinq cədvəlinə başçılıq edir.

Ümumilikdə isə Azərbaycan cüdoçuları 2020-ci ildə 9 beynəlxalq yarışda iştirak edərək, 37 medal (5 qızıl, 13 gümüş, 19 bürünc) qazanlblar.

Mart ayından bir çox ölkədə olduğu kimi, Azərbaycanda da karantin rejimi elan edilib.
Karantin dövründə bir sıra kütləvi tədbirlərlə yanaşı, idman yarışlarının da keçirilməsi, o cümlədən, idman zallarında məşqlər qadağan edilib. Buna baxmayaraq, sağlamlığı qorumaq, immuniteti gücləndirmək və səhhəti gümrah saxlamaq üçün əhaliyə gündəlik idmanla məşğul olmaq, fiziki aktiv olmaq tövsiyə olunub.

ACF də bunu nəzərə alaraq, bir sıra layihələr həyata keçirib. İnsanların öz evində rahatlığı üçün peşəkar cüdoçular və məşqçilər vaxtaşırı maarifləndirci video-çarxlar da çəkərək, ölkə televiziyalarında yayımlayıb, sosial şəbəkə hesablarında paylaşıb.

Karantində idman zalları bağlı olsa da, cüdoçular məşqlərini evdə və açıq havada davam etdirib. Məşqçilər və mütəxəssislər isə daim onları nəzarətdə saxlayaraq, hazırlıq prosesləri zamanı fiziki formalarını qorumaları üçün müntəzəm məsləhətlər veriblər. Karantin günlərinin davam etdiyi dövrdə cüdo hakimləri üçün onlayn seminarlar da təşkil edilib.

ACF bu il də məşqçi və hakimlərin ixtisaslarının artırılmasını diqqətdə saxlayıb. İlin əvvəllərində yerli hakim və məşqçilər üçün seminarlar təşkil edilib. Bundan başqa, Azərbaycanın beynəlxalq hakimləri ilin əvvəlində beynəlxalq yarışlara ezam olunub və onlar Avropa dərəcələrini artırıblar.
Regionlarda da cüdo mərkəzləri və bölmələrinin fəaliyyəti diqqətdə saxlanılıb. Son vaxtlar respublika miqyaslı yarışlarda region cüdoçularının qazandıqları nəticələr bu sahədə işlərin düzgün qurulmasından xəbər verir. Vətən Müharibəsində Azərbaycan cüdo ictimaiyyətinin nümayəndələri, cüdoçular, məşqçilər və cüdo hakimləri də iştirak ediblər.

44 günlük Vətən Müharibəsində iştirak edən yüzdən çox cüdoçudan 18-i şəhidlik zirvəsinə yüksəlib. Ordu sıralarına könüllü qoşulan və hərbçi kimi vuruşan cüdoçu igidlər torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Şəhid cüdoçu Cəbrayıl Dövlətzadə İdman Araşdırmaları Mərkəzinin keçirdiyi "İlin qalibləri - 2020" layihəsində İLİN DÖYÜŞKƏN İDMANÇISI nominasiyasında 1-ci olub.

İLİN DÖYÜŞKƏN İDMAN QURUMU nominasiyasının qalibi isə orduya maddi və mənəvi dəstəyə görə ACF seçilib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının ilin yekunları ilə bağlı keçirdiyi sorğunun yekunlarına əsasən cüdoçular Orxan Səfərov kişilər, İrina Kindzerska isə qadınlar arasında "İlin idmançısı" adına layiq görülüb.

Yanvardan başlayaraq 2021-ci ildə də Azərbaycan cüdoçuları bir çox beynəlxalq yarışlar, Avropa və dünya çempionatları, Olimpiya Oyunlarında mübarizə aparacaqlar. Federasiya inanır ki, tatami ustaları bu yarışlarda da parlaq qələbələr qazanaraq, Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldıracaqlar.
 
Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kurasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:38

Luçesku Yunanıstandan getdi - Yeni klubu da bilinir

17:01

"Neftçi" braziliyalı futbolçu ilə gücləndi - RƏSMİ

16:46

Acun Ilıcalıdan "Beşiktaş"lı futbolçuya rəsmi təklif - SON DURUM

16:11

Azərbaycan klubu məşqçisi ilə vidalaşdı

15:42

"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edildi

15:07

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu

14:44

Millimizin baş məşqçisi DÇ-nin püşkünü dəyərləndirdi

14:20

Dünya Seriyası: Azərbaycan millisi Tailanda da uduzdu, Litvaya da

13:53

"Barselona" Levandovskinin gedişinə peşman oldu

13:20

"Kimsə sizə "Paraqvay öldü" desə, dərhal inanmayın"

12:56

"Sabah" portuqaliyalı futbolçu transfer etdi - RƏSMİ

12:19

Neymar yenə oynamadı, Ançelotti onun durumuna aydınlıq gətirdi

11:16

Montella Türkiyə millisinin DÇ-2026-da çıxışını erkən başa vurmasından nə danışdı?

10:41

DÇ-2026: Niderland İsveçlə qarşılaşır, Almaniya afrikalılarla üz-üzə

10:02

Azərbaycanda Dünya Seriyası başladı

09:38

Qrimaldo İspaniya nəhəngi ilə müqavilə imzaladı - SON DURUM

09:05

DÇ-2026: Braziliyadan darmadağın, Türkiyə azlıqda qalan rəqibinə uduzdu

Facebookdan bizi izləməyi unutmayın.
X