Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyində rekord göstərici qeydə alınıb.
Federasiyanın Mətbuat Xidmətindən Fanat.Az-a verilən məlumata görə, ilk dəfə paytaxt Bakı istisna olmaqla 34 müxtəlif regiondan idmançılar yarışa qatılıblar.
Qeyd edək ki, turnir yanvarın 16-da başa çatacaq. Ölkə birinciliyində 570-ə yaxın (479 oğlan, 89 qız) cüdoçu mübarizə aparır.