17:07 01.04.2022 2194

"Böyük Dəbilqə": Cüdoçumuz "bürünc" görüşünə çıxa bilməyəcək - SƏBƏB

Azərbaycan cüdoçusu Orxan Səfərov Antalyada keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxa bilməyəcək.

Azərbaycan Cüdo Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 66 kiloqram çəki dərəcəsində yarışan 30 yaşlı cüdoçu Braziliya təmsilçisi Villian Lima ilə yarımfinal görüşündə zədələndiyindən, israilli Tal Flikerlə üçüncülük görüşünə qatılmayacaq.

Beləliklə, Azərbaycan yığmasının "Böyük Dəbilqə"nin ilk yarış gününü medalsız başa vuracağı dəqiqləşib.

***

Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürüb.

Fanat.Az xəbər verir ki, ilk gündə Azərbaycanın 7 cüdoçusu mübarizəyə qoşulub. 

Kişilərin 66 kiloqram çəki dərəcəsində yer alan Orxan Səfərov ardıcıl olaraq İsayya Ramires (ABŞ), Abubakr Şerov (Tacikistan) və Strahinya Bunçiçi (Serbiya) yenərək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda Villian Lima (Braziliya) ilə üz-üzə gəlib. Rəqibinə "ippon"la uduzan Səfəov bürünc medal uğrunda görüşə çıxacaq.

60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/16 finalda Felipe Dakruza (Livan) qalib gəlsə də, növbəti görüşdə Angelo Pantano (İtaliya) ilə bacarmayıb.

Eyni çəkidə yer alan Rövşən Əliyev ilk qarşılaşmada Dilşot Xalmatov (Ukrayna) üzərində qələbə qazanıb. Lakin 1/8 finalda Dilşodbek Baratovla (Özbəkistan) dueldən məğlub ayrılan idmançı mübarizəni dayandırıb.

66 kq-dakı digər təmsilçimiz Yaşar Nəcəfov təsnifatda Adonis Diasdan (ABŞ) güclü olsa da, növbəti mərhələdə Denis Vieruya (Moldova) uduzub.

Qadınların yarışında 48 kq-dakı Şəfəq Həmidova startda Andrea Stoyadinova (Serbiya) məğlub olub. Leyla Əliyeva isə ilk görüşdə Aliani Kubkarbonnel Yuliana (Kuba) qalib gəlsə də, 1/8 finalda Mari Di Varqas Leyə (Çili) uduzub.

52 kq-da yarışan Gültac Məmmədəliyeva 1/16 finalda Govhar İrmaqambetovanu (Qazaxıstan) yensə də, növbəti mərhələdə Çelsi Caylsla (Böyük Britaniya) dueldən məğlub ayrılıb.

Qeyd edək ki, yığmanın digər 10 cüdoçusu mübarizəyə 2-3 apreldə qoşulacaq.

***

Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 7 təmsilçisi tatami üzərinə çıxacaq.

60 kiloqram çəki dərəcəsində çıxış edən Turan Bayramov və Rövşən Əliyev yarışa 1/16 finaldan start verəcək. Onlar müvafiq olaraq, livanlı Felipe Dakruz və ukraynalı Dilşot Xalmatovla üz-üzə gələcək.

66 kq-da Yaşar Nəcəfov təsnifatda ABŞ təmsilçisi Adonis Diası, Orxan Səfərov isə 1/16 finalda Sayya Ramires (ABŞ) / Lusian Bors Domitresku (Rumıniya) cütünün qalibini sınağa çəkəcək.

Qadınların mübarizəsində ilk gündə 3 cüdoçu tatamiyə çıxacaq.

48 kq-da Şəfəq Həmidova serbiyalı Andrea Stoyadinovla, Leyla Əliyeva kubalı Aliani Kubkarbonnel Yulianla qarşılaşacaq. Hər iki görüş 1/16 finala təsadüf edəcək. 

52 kq-da mübarizə aparan Gültac Məmmədəliyeva isə eyni mərhələdə qazaxıstanlı Qaxar İrmaqambetova ilə görüşəcək.

Kişilər

60 kq

1/16 final. Turan Bayramov - Felipe Dakruz (Livan)

1/16 final. Rövşən Əliyev - Dilşot Xalmatov (Ukrayna)

66 kq

Təsnifat. Yaşar Nəcəfov - Adonis Dias (ABŞ)

1/16 final. Orxan Səfərov - İsayya Ramires (ABŞ) / Lusian Bors Domitresku (Rumıniya) cütünün qalibi

Qadınlar

48 kq

1/16 final. Şəfəq Həmidova - Andrea Stoyadinov (Serbiya)
1/16 final. Leyla Əliyeva - Aliani Kubkarbonnel Yulian (Kuba)

52 kq

1/16 final. Gültac Məmmədəliyeva - Qaxar İrmaqambetova (Qazaxıstan)

Qeyd edək ki, "Böyük Dəbilqə"nin növbəti iki günündə Azərbaycanın daha 10 cüdoçusu mübarizə aparacaq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyun 2026
20:20

"Çelsi"dən gözlənilməz qərar

19:27

"Nyukasl"ın sabiq sahibləri geri qayıdır

18:51

London təmsilçisinin 80 milyonluq təklifi rədd edildi

18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:48

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

10:11

"Üç həftə əvvəl hər şey xarabalıqlar içində idi" - Nagelsmandan almansayağı şərh

09:38

"Bəzən belə təcrübələr yaşamaq vacibdir" - Qrem Potter

09:00

Günün oyunları bu kanallarda - AFİŞA

04:26

Niderland - İsveç qarşılaşmasının ən yaxşı futbolçusu müəyyənləşdi

04:05

Almaniya - Fil Dişi Sahili matçının ən yaxşı oyunçusu bəllidir

03:24

Türkiyə millisinin ulduzu dünya çempionatında tarix yazdı

02:50

Almaniya millisi çempionluq ilindən sonra ilkə imza atdı

01:59

DÇ-2026: Niderlanddan darmadağın, Almaniya son dəqiqələrdə sevindi

20 İyun 2026
23:58

Braziliyalılar dünya futbolunda yenidən liderliyi ələ aldılar

23:17

"Liverpul" və "Barselona" Premyer Liqa ulduzunu istəyir

22:53

Qrimaldo Simeonenin layihəsinə "hə" dedi

22:17

"İnter"dən 50 milyonluq rəsmi təklif - Şərtlər qəbul olundu

21:52

London nəhəngləri hərəkətə keçdi - Ulduz hücumçu üçün 80 milyon avro

21:14

"Komo"dan daha bir transfer bombası

20:43

"Qarabağ" yoxlama oyununda "Zirə"ni məğlub edib

20:18

"Beşiktaş" müdafiə xəttini gücləndirir

19:52

Alvares "Barselona"ya keçmək istəyir - Transfer şərti məlum oldu

19:21

"Liverpul"dan 115 milyonluq təklif

18:47

"Mançester Siti" transfer partlayışına hazırlaşır

18:22

Rafael Fiziyev Bakıya gəlib

17:38

Luçesku Yunanıstandan getdi - Yeni klubu da bilinir

Facebookdan bizi izləməyi unutmayın.
X